ONN media xəbər verir ki, Bakıda bir sıra hotellər turistlərə hər yerdə internetə giriş əldə edə bilmələri üçün portativ 3G/4G Wi-Fi routerləri icarəyə götürməyə imkan verən "WokiFi" xidmətini işə salıb.
Bu barədə "Simbrella" şirkətindən məlumat verilib.
Məlumatda qeyd olunur ki, layihə "Azərfon" mobil operatoru ("Nar" ticarət markası), Azərbaycan Konqreslər Bürosu ilə birgə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşdırılır.
Hazırda "WokiFi" xidməti "Sultan Inn Boutique Hotel", "Seven Rooms Boutique Hotel", "Sahil Hostel&Hotel", "Boulevard Side Hotel" və "Excelsior Hotel&Spa Baku" hotelləri tərəfindən təqdim olunur.
Şirkətdən bildiriblər ki, turistin sifariş etdiyi paketin dəyəri hoteldə qalmaq dəyərinə daxil edilir:
""WokiFi" xidmətinin üstünlüyü ondadır ki, internetə giriş ölkənin istənilən nöqtəsində hər zaman turistin əlinin altındadır. Eyni zamanda hər qurğuya 10-dək şəxs qoşula bilər".



Azərbaycanda otellərin qiyməti bahalaşdı
Azərbaycanda hotellərlə bağlı yeni tələb
Yüzlərlə müştərisi olan hoteldə koronavirus aşkarlandı- NAZİRLİKDƏN TƏLİMAT
Azərbaycanda daha bir YENİLİK
Novruz bayramında Azərbaycan hotellərində qiymətlər - SİYAHI
Prezident “Shusha Boutique Hotel”in yerləşəcəyi ərazidə oldu
Ağdamda daha bir mehmanxananın təməli qoyuldu
Şuşanın turizm sektoruna təsiri necə olub?
Bu ölkənin adı dəyişdirildi
Yeni ili Azərbaycanda qeyd etmək istəyirsinizsə MÜTLƏQ OXUYUN
SON DƏQİQƏ - Terrorçular hotelə hücum etdi
Ərəb investor Bakıda lüks hotel aldı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 