Xorvatiya Azərbaycanda səfirlik açır.
ONN media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən məlumat verilib.
XİN-in məlumatında qeyd olunur ki, Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəisi, səfir Pərvin Mirzəzadə Xorvatiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Refik Şabanoviçi qəbul edib. Görüşdə R.Şabanoviç Xorvatiyanın Xarici və Avropa İşləri üzrə Nazirliyi tərəfindən ünvanlanmış notanı P.Mirzəzadəyə təqdim edib.
Notada iqamətgahı Bakı şəhəri olmaqla Xorvatiyanın Azərbaycanda səfirliyinin təsis edilməsi barədə məlumat verilib. İndiyə qədər Xorvatiyanın Azərbaycana akkreditə olunmuş səfirliyi qeyri-rezident əsasda fəaliyyət göstərir və Xorvatiya müvəqqəti ofis vasitəsilə təmsil olunurdu.
P.Mirzəzadə Xorvatiyanın Azərbaycanda diplomatik təmsilçiliyinin səfirlik səviyyəsinə yüksəldilməsinin iki ölkə arasında əməkdaşlığın və dostluğun daha da genişləndirilməsi və irəlilədilməsinə təkan verəcəyini bildirib.



Azərbaycanda yeni səfirlik açıldı
Azərbaycana yeni müvəqqəti işlər vəkili təyin edildi
Azərbaycanda Venesuelanın səfirliyi açıldı
Xorvatiyalı nazir Bakıya səfər edəcək
Daha bir ölkə İraqı tərk etdi
İlham Əliyev Xorvatiyanın sabiq prezidentini qəbul edib
Bayramov xorvatiyalı həmkarı ilə görüş keçirir
Türkiyə Gəncə şəhərinə yeni baş konsul təyin edib
Anar Kərimov xorvatiyalı nazirlə görüşdü
Prezident İlham Əliyev Xorvatiyanın Baş nazirinin müavinini qəbul edib
Xorvatiyada qocalar evində atışma: ölənlər var
ABŞ-ın Bakıdakı müvəqqəti işlər vəkili XİN-ə çağırıldı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 