“Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlığı təşviq etmək məqsədilə Birgə Komissiya”nın iclasında iştirak etmək üçün Azərbaycanın mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyətinin Xorvatiyaya səfəri davam edir.
ONN media xəbər verir ki, səfər çərçivəsində Anar Kərimov Xorvatiyanın xarici və Avropa işləri naziri Qordan Qrliç Radmanla görüşüb. Görüşdə, həmçinin, xarici işlər nazirinin müavini Elnur Məmmədov, ölkəmizin Xorvatiya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Fəxrəddin Qurbanov iştirak ediblər.
Dəvət üçün nazir Qordan Qrliç Radmana təşəkkürünü bildirən Anar Kərimov ikitətərəfli əməkdaşlıqdan məmnunluğunu ifadə edib. Tərəflər energetika və İT sahəsində əməkdaşlığın genişləndirilməsinə dair həyata keçiriləcək bir sıra layihələrdən də söz açıblar. Turizm, mədəniyyət, gənclər və idman eləcə də digər sahələr üzrə birgə həyata keçiriləcək tərəfdaşlığın istiqamətlərindən danışıblar.
Həmçinin Azərbaycanla Xorvatiya əməkdaşlıq perspektivlərinə və Komissiyanın ikinci iclasının gündəliyinə dair fikir mübadiləsi aparılıb.
Görüş zamanı işğaldan azad edilmiş ərazilərimizin minalardan təmizlənməsində Xorvatiyanın dəstəyindən söz açan Anar Kərimov bu sahədə aparılan işlərə görə qarşı tərəfə minnətdarlığını bildirib. O cümlədən strateji əməkdaşlıq mövzusunda müzakirə baş tutub.
Anar Kərimov həmkarını "Mədəniyyət naminə sülh" ("Peace4Culture") qlobal kampaniyası ilə bağlı çağırışa qoşulmağa dəvət edib.
Görüş hər iki tərəfi maraqlandıran digər mühüm mövzuların da müzakirəsi ilə davam edib.



Bayramov xorvatiyalı həmkarı ilə görüş keçirir
Anar Kərimov David Zalkaliani ilə görüşdü
Anar Kərimov sabah Gürcüstana gedir
Anar Kərimov Gürcüstana səfər edəcək
Azərbaycan ilə Meksika arasında mədəniyyət sahəsində əməkdaşlıq məsələləri müzakirə edildi
Anar Kərimov Fəxrəddin Altunla bir arada
Anar Kərimov Ərdoğanın müşaviri ilə görüşdü
Anar Kərimov Erkan Özoralla görüşdü
Azərbaycan- Xorvatiya Birgə Komissiyasının tərkibində dəyişiklik edildi
Anar Kərimov İraqın rabitə naziri ilə görüşdü
Anar Kərimov vəzifəsindən azad olundu?
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 