Bu gün Azərbaycanda prezident seçkiləri keçirilir
ONN media bildirir ki, prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlar prezidentliyə namizədliyi hakim Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Əliyev, namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülən Qüdrət Həsənquliyev, namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən irəli sürülən Araz Əlizadə, namizədliyi Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən irəli sürülən Fərəc Quliyev, namizədliyi "Cəbhəçilərin təşəbbüs qrupu" tərəfindən irəli sürülən Razi Nurullayev, namizədliyi Müasir Müsavat Partiyası tərəfindən irəli sürülən Hafiz Hacıyev, öz təşəbbüsü ilə namizədliyini irəli sürən Zahid Oruc və namizədliyi Azərbaycan Demokrat Partiyası tərəfindən irəli sürülən Sərdar Məmmədovdur (Cəlaloğlu).
Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərəcək. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının (MSK) saytından da izləmək mümkündür. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.
Seçkiləri 890 beynəlxalq (60 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyəcək.
MSK səsvermənin gedişi, seçicilərin səsvermədə iştirakı barədə gün ərzində 5 dəfə (saat 10:00, 12:00, 15:00, 17:00 və 19:00) ilkin məlumatları açıqlayacaq.
Prezident seçkilərində səsvermə saat 08:00-da başlayıb 19:00-da sona çatacaq. Hazırkı məlumata əsasən, Azərbaycanda 5 milyon 309 min 434 nəfər səsvermə hüququ olan şəxs var və onlardan 50.78 faizini qadınlar, 49.22 faizini isə kişilər təşkil edir.



Seçki qabağı təşviqat aprelin 10-u dayandırılacaq
Seçki bülletenləri məntəqələrə paylanıldı
Prezident seçkilərində 8 namizəd mübarizə aparacaq - SİYAHI
Namizədliyi təsdiqlənmiş 5 nəfər imza vərəqələrini MSK-ya təqdim etməyib
Daha 3 nəfərin prezidentliyə namizədliyi qeydə alındı
Prezident seçkiləri ilə bağlı seçkiqabağı təşviqat başa çatıb
Namizədliyinin irəli sürülməsi təsdiqlənənlərin sayı 16-ya çatdı
Daha 3 nəfərin prezidentliyə namizədliyi qeydə alınıb
Daha 8 şəxsin prezidentliyə namizədliyi təsdiqləndi
MSK daha bir rəsmi məlumat yaydı
Prezident seçkilərinə təşviqat kampaniyası başladı
MSK seçkilərin nəticələrini açıqladı- RƏSMİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 