Azərbaycanda aprelin 11-də keçiriləcək Prezident seçkiləri ilə əlaqədar bülletenlər məntəqə seçki komissiyalarına paylanılıb.
ONN media “Report”a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, seçki bülletenləri səsvermə gününə azı 3 gün qalanadək, yəni aprelin 8-dək məntəqə seçki komissiyalarına paylanılmalı idi.
Artıq bülletenlər dairə seçki komissiyalarından məntəqə seçki komissiyalarına göndərilib.
Xatırladaq ki, seçki bülletenləri dairə seçki komissiyalarına aprelin 2-də verilmişdi.
Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası 8 nəfərin Prezidentliyə namizədliyini qeydə alıb. Bunlar Prezidentliyə namizədliyi hakim Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Əliyev, namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülən Qüdrət Həsənquliyev, namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən irəli sürülən Araz Əlizadə, namizədliyi Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən irəli sürülən Fərəc Quliyev, namizədliyi “Cəbhəçilərin təşəbbüs qrupu” tərəfindən irəli sürülən Razi Nurullayev, namizədliyi Müasir Müsavat Partiyası tərəfindən irəli sürülən Hafiz Hacıyev, öz təşəbbüsü ilə namizədliyini irəli sürən Zahid Oruc və namizədliyi Azərbaycan Demokrat Partiyası tərəfindən irəli sürülən Sərdar Məmmədovdur (Cəlaloğlu).



Seçki qabağı təşviqat aprelin 10-u dayandırılacaq
Prezident seçkiləri ilə bağlı bu prosedur BU GÜN başa çatır
Sabahdan seçki bülletenlərinin çapına başlanılacaq
Bu gün Azərbaycanda prezident seçkiləri keçirilir
MSK bu şəxslərə çağırış etdi
Namizədliyi təsdiqlənmiş 5 nəfər imza vərəqələrini MSK-ya təqdim etməyib
Seçki bülletenlərinin çapına başlanıldı
Prezident seçkilərində 8 namizəd mübarizə aparacaq - SİYAHI
Daha 8 şəxsin prezidentliyə namizədliyi təsdiqləndi
Azərbaycanın Türkmənistandakı səfirliyində seçki məntəqəsi yaradılıb
Bu gün Azərbaycanda Prezident Seçkiləri günüdür
Seçki bületenləri bu tarixə kimi hazır olacaq
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 