Builki Formula 1 Azərbaycan Qran Prisi ilə bağlı Azneft dairəsində hərəkət məhdudlaşdırılıb. 23-dən may ayının 1-nə kimi isə dairəyə giriş tam bağlanacaq.
ONN media xəbər verir ki, dairədə tamaşaçılar üçün tribunanın yaradılması burada avtomobillərin hərəkət hissəsinin daraldılmasına səbəb olub. Bəs hazırda sürücülər hansı alternativ yollardan istifadə edə bilər
Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib ki, yarışlarla əlaqədar Azneft kimi tanınmış dairədə avtomobillərin hərəkət istiqamətində müəyyən dəyişikliklər edilir: "Yəni, dairə kimi tanınan ərazi tamaşaçıların seyr etməsi üçün nəzərdə tutulan sahənin düzəldilməsi ilə bağlı daralıb. Neftçilər prospekti, Azneft dairəsindən istifadə edən sürücülərə bildiririk ki, Bayıl "20-ci sahə" və oraya aid digər ərazilərdən bu istiqamətə gələnlər unutmasınlar ki, dairədə hərəkət məhdudlaşdırıldığından hərəkət istiqaməti yalnız düzünə, Neftçilər prospekti ilə Azadlıq istiqamətində nəzərdə tutulub.
Eyni zamanda, Niyazi küçəsindən Azneft dairəsinə yaxınlaşanlar isə Bayraq Meydanı istiqamətində və yaxud sola, Neftçilər prospekti istiqamətində hərəkət edə bilər. Həmin ərazi artıq əməkdaşlarımızın nəzarətindədir. Orada xidmət aparılır və keçmə növbəliyi təmin edilir".
Qeyd edək ki, yarışlarla əlaqədar olaraq Azneft dairəsi aprel ayının 23-dən may ayının 1-nə kimi bağlı olacaq. Artıq bununla bağlı ərazidə xəbərdarlıq lövhələri də yerləşdirilib. V. Əsədov dairə bağlandıqdan sonra istifadə olunacaq alternativ yollar barədə yaxın günlərdə mediaya məlumat veriləcəyini vurğulayıb.



Bakının bu hissəsində hərəkət məhdudlaşdırılır
Alternativ yollardan istifadə edin - DYP
Yol polisindən sürücülərə xəbərdarlıq
Bu gecə yollar bağlanır - SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ
DİQQƏT: Sabah Bakıda bir sıra yollar bağlanacaq
Hərəkət sxemi dəyişən marşrutların əvvəlki istiqaməti nə vaxt bərpa olunacaq?
Bakıda bağlanan küçə və prospektlər - SİYAHI
DİQQƏT: Zəfər paradına görə bu yollar BAĞLANIR - RƏSMİ
Bu prospektdə hərəkət məhdudlaşdırılacaq
Bu yollar bağlanacaq
Sabah Bakıda bu yollar bağlanacaq - Siyahı
DİQQƏT: Bakının bu yollarında nəqliyyatın hərəkət istiqaməti dəyişdirilir - SİYAHI
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 