ONN media xəbər verir ki, Daxili İşlər Nazirliyi rəhbərliyinin tapşırığı ilə ölkəmizin şəhər və rayonlarında şəxsiyyət vəsiqələrinin verilməsi və etibarlıq müddəti bitmiş sənədlərin yeniləri ilə dəyişdirilməsi üzrə səyyar xidmətlər davam etdirilir.
Bu işin daha da sürətləndirilməsi və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi ilə 2018-ci ilin 3 ayı ərzində Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin, şəhər və rayonların polis idarə və şöbələrinin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə 2072 səyyar xidmət keçirilib.
Səyyar xidmətlər zamanı şəxsiyyət vəsiqələri almaq və ya etibarlıq müddəti bitmiş sənədlərin yeniləri ilə dəyişdirilməsi üzrə ümumilikdə 90502 vətəndaşın, o cümlədən yaşı 16-dan aşağı olan 10644 nəfərin sənədləri icraya qəbul edilərək yeni şəxsiyyət vəsiqələri ilə təmin edilib.
Belə tədbirlər zamanı əlil və fiziki qüsurlu insanlar da diqqətdən kənarda qalmayıblar. Polis əməkdaşları ən ucqar kəndlərdə belə onların yaşadıqları ünvanlara gedərək, yeni şəxsiyyət vəsiqəsi ilə təmin etmək üçün müvafiq sənədlərini toplayıblar.
Vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin edilməsi məqsədilə mütəmadi şəkildə təşkil olunan belə tədbirlər respublikamızın bütün bölgələrində davam etdirilir.



Zəngilanda Asan Xidmət istifadəyə verildi
On rayonun sakinlərinə xoş xəbər
Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik
Bu rayonların sakinlərinə ŞAD XƏBƏR
"ASAN xidmət"dən böyük YENİLİK
Şəxsiyyət vəsiqəsinin vaxtı bitmiş şəxslərə ŞAD XƏBƏR
Bakıda yaşayan naxçıvanlıların NƏZƏRİNƏ!
ASAN-da xidmət saatları uzadıldı - BUNA GÖRƏ...
Rayon sakinlərinin işi "ASAN"laşacaq
Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi də yeni nəsil şəxsiyyət vəsiqələri verəcək
Əgər sürücülük vəsiqənizin vaxtı keçibsə...- Mütləq oxuyun
“Azəriqaz” İB-nin xidmətləri Səyyar ASAN xidmətdə
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 