Sentyabrın 14-dən etibarən yeni nəsil şəxsiyyət vəsiqələrinin verilişi ərazi üzrə polis orqanlarının qeydiyyat və şəxsiyyət vəsiqəsi xidmətləri ilə yanaşı, Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsində də həyata keçiriləcək.
DİN-dən ONN media-ya verilən məlumata görə, Bakı şəhərində qeydiyyatda olan vətəndaşlar həftənin 6 günü saat 9-dan axşam saat 18:00-dək yeni nəsil şəxsiyyət vəsiqələri almaq üçün Baş İdarəyə müraciət edə bilərlər.
Qeyd edək ki, yeni vəsiqələrə vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı, ailə vəziyyəti haqqında məlumatlar, habelə şəxsiyyət vəsiqəsi sahibinin biometrik fotosu və digər fərdi göstəriciləri özündə birləşdirən elektron daşıyıcı (çip) yerləşdirilir.
Yeni nəsil şəxsiyyət vəsiqələrin verilməsi məqsədilə respublikanın Ədliyyə, Səhiyyə nazirliklərinin, Dövlət Miqrasiya, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətlərinin, Dövlət Əmlak Məsələləri Komitəsinin informasiya resurslarından istifadə edilməklə zəruri məlumat mübadiləsinin aparılması, həmçinin vəsiqə sahibinin gücləndirilmiş elektron imzasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Sertifikat Xidmətləri Mərkəzindən alınması üçün qarşılıqlı əlaqənin yaradılması təmin olunub. Bu vəsiqələr digər ölkələrin müvafiq orqanları ilə biometrik informasiya mübadiləsinin tənzimlənməsində müstəsna əhəmiyyət kəsb edəcək.



Yeni şəxsiyyət vəsiqələrinin özəllikləri nədir?
Bu həftə yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə başlanılacaq
İlham Əliyev şəxsiyyət vəsiqələri ilə bağlı qanunu imzaladı
Yeni nəsil şəxsiyyət vəsiqələrində “Elektron imza” sertifikatları yerləşdirilib
DİN yeni nəsil şəxsiyyət vəsiqələri ilə bağlı məlumat yayıb
Yeni nəsil şəxsiyyət vəsiqələri gəlir
Köhnə şəxsiyyət vəsiqələri ilə Türkiyəyə getmək olar?
Yeni nəsil şəxsiyyət vəsiqələri bu tarixdə veriləcək
Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik
Azərbaycanda şəxsiyyət vəsiqələrinin müddəti dəyişdirildi
Şəxsiyyət vəsiqəsi ilə Türkiyəyə gedə bilməyəcəksiniz – BU HALDA
Səyyar xidmət vətəndaşlara xidmət etməkdə davam edir
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 