ONN media xəbər verir ki, son dövrlərdə bütün dünyada olduğu kimi, Azərbaycanda da uşaq ədəbiyyatı mistik və fentezi janrına meyillənir.
Bu isə təbii olaraq, ədəbiyyatda yeni obrazların yaranması deməkdir. Gənc yazıçı Xülya Cəfərovanın yeni çapdan çıxacaq ilk kitabı olan “Külək – Yel kürəsinin şahzadəsi” ilk milli superqəhrəmanlarla yadda qalacaq. Bu günlə mistik keçmişi birləşdirən hekayənin əsas qəhrəmanı sehrli qüvvəyə sahib olan Külək adlı balaca qızdır. Yel kürəsinin sakini və şahzadəsi olan Külək təsadüfən Yer kürəsinə səyahət edir və beləliklə öz planetini şər qüvvələrdən necə xilas edəcəyini öyrənir.
Bu işdə ona xeyirxah dostları – özü kimi balaca əkiz bacılar kömək edirlər. Külək və dostlarının başına gələn həm qəribə, həm də oxucunu daim həyəcanda saxlayan hadisələrin çoxu Bakıda, Yanardağda, Atəşgahda, Qız Qalasında cərəyan edir. ASAN Könüllülük Məktəbinin məzunu olan gənc müəllif Xülya Cəfərova gələcəkdə də uşaqlar üçün fantastik hekayələr yazmaq fikrindədir.
Azərbaycan uşaq ədəbiyyatının ilk milli superqəhrəmanlarının başına gələnlərdən bəhs edən bu kitab “TEAS Press” Nəşriyyatı Evi tərəfindən “3 alma” əmtəə nişanı ilə nəşr olunaraq tezliklə balaca oxuculara təqdim olunacaq.



Qərb bölgəsində külək fəsad törədib
Güclü külək TIR-ı belə aşırdı
Yer kürəsi böyüklüyündə yeni planet kəşf edildi
Suraxanıda külək nəticəsində aşan şəhid məzarları tezliklə bərpa olunacaq - AÇIQLAMA
Güclü külək ağacı maşının üzərinə aşırdı
Küləyin daha bir fəsadı
Güclü külək fəsad törətdi - 3 avtomobil...
Bakıda ŞOK: güclü külək yük avtomobillərini AŞIRDI
Gəncədə güclü külək yolkanı aşırtdı
Muğlada külək yanğını alovlandırdı
Güclü külək 370 ailəni işıqsız qoydu
66 yaşında ana olmuş qadının maraqlı hekayəsi - FOTOLAR
Geyimlər niyə tez sıradan çıxır? - Ekspert
Bu qidaları bir yerdə yemək olmazmış...
Sabah 32 dərəcə isti olacaq
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi
Günün qoroskopu: Real işlərlə məşğul olun
İntensiv yağış yağacaq - Xəbərdarlıq 