ONN media xəbər verir ki, aprelin 23-dən rayon qeydiyyatlı avtomobillərin Bakıya girişi məhdudlaşdırılacaq.
Növbəti Formula-1 Azərbaycan Qran Prisi yarışları ilə əlaqədar olaraq, Bakıda nəqliyyat sıxlığının azaldılması məqsədilə xüsusi təyinatlı, o cümlədən qəza-bərpa və xilasedici, həmçinin kənd təsərrüfatı məhsullarını daşıyan bütün növ nəqliyyat vasitələrinin hərəkəti istisna olmaqla, paytaxtda qeydiyyatda olmayan minik və yük avtomobillərinin şəhərə girişinə aprelin 23-dən məhdudiyyət tətbiq ediləcək.
Baş Dövlət Yol Polisi İdarəsi paytaxtda piyadaların və nəqliyyat vasitələrinin şəhər daxilində daxilində rahat və fasiləsiz hərəkətinin təşkili ilə bağlı paytaxta gəlmək istəyən rayon sakinlərinə tövsiyə edir ki, respublikanın digər regionlarında qeydiyyatında olan fərdi minik avtomobillərinin Bakı şəhərində əlavə nəqliyyat sıxlığı yaradacaqlarını nəzərə alaraq paytaxta gəlmək üçün müasir və komfortlu avtobuslardan, Sumqayıt sakinləri isə avtobuslarla yanaşı Bakı-Sumqayıt marşrutu üzrə fəaliyyət göstərən sürətli elektrik qatarlarından istifadə etsinlər.
R. Quliyev həmçinin qeyd edib ki, Bakı şəhərinə girişi məhdudlaşdırılan nəqliyyat vasitələri ilə gəlmək məcburiyyətində qalan sakinlər üçün isə ötən illərdə olduğu kimi şəhərin giriş hissələrində hər bir lazımi şəraitlə təchiz olunmuş mühafizə olunan ödənişsiz duracaqlar təşkil edilib ki, sakinlər həmin duracaqlarda öz avtomobillərini saxlamaqla xüsusi marşrutla işləyən avtobuslarla ən yaxın metro stansiyasına gedə, habelə taksi xidmətlərindən istifadə edə bilərlər.



Ərzaq daşıyan sürücülərə DYP-dan müraciət
DYP "Formula" ilə bağlı sürücülərə müraciət etdi
Yük maşınlarının Bakıya girişinə qadağa qoyulub
Bu avtomobillərin Bakıya girişi QADAĞAN OLUNDU
DYP -dən sürücülərə MÜRACİƏT - Bu tarixdən...
Bu gündən bəzi yollar bağlanır - SİYAHI
Yük maşınları ilə bağlı YENİLİK
Rayon və şəhərlərarası nəqliyyat hərəkəti tam dayandırılır
Postlarda son durum: Məhdudiyyət... - DİN
DİQQƏT! Bu tarixdən sürücülər haqqında elektron qərarlar qəbul ediləcək
Yol polisindən sürücü və piyadalara MÜRACİƏT
Azərbaycan avtomobil idxalını artırıb
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 