Baş Dövlət Yol Polisi İdarəsi “2022 Formula 1 Azərbaycan Qran Prisi” ilə əlaqədar Bakı şəhəri ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və nəqliyyat sıxlığının qarşısının alınması ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.
İdarədən ONN media-ya daxil olan müraciətdə deyilir:
"Baş Dövlət Yol Polisi İdarəsi Bakı şəhərində keçiriləcək “2022 Formula 1 Azərbaycan Qran Prisi” ilə əlaqədar paytaxtda nəqliyyat sıxlığının qarşısının alınması, habelə ölkəmizə gələn çoxsaylı qonaqların, rəsmi şəxslərin, idmançı və texniki heyətin, eləcə də yerli azarkeşlərin və əhalinin yollarda rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə iyun ayının 6-dan 13-dək Bakı şəhərinə bitişik kənd və qəsəbələrdən, həmçinin respublikanın digər şəhər və rayonlarından paytaxta gələn vətəndaşlarımızdan ictimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük vermələrini tövsiyə edir.
Paytaxt sakinlərindən isə yarışın keçirildiyi müddət ərzində fərdi minik avtomobillərindən mümkün qədər az istifadə etmələri, xüsusilə treykin keçdiyi küçə və prospektlərdə nəqliyyatın hərəkətinin məhdudlaşdırılmasını nəzərə alaraq şəhərin mərkəzi hissəsinə yalnız ictimai nəqliyyat vasitələri ilə hərəkət etmələri, istismar müddəti çox olan və nasaz nəqliyyat vasitələri ilə ümumiyyətlə yola çıxmamaları xahiş olunur.
Eyni zamanda rayonlardan paytaxta ərzaq və kənd təsərrüfatı məhsulları daşıyan sürücülərin nəzərinə çatdırılır ki, həmin mallar şəhərə yalnız gecə saat 01:00-dan səhər saat 06:00-dək daşınmalı, yüklərin qablaşdırılmasına xüsusi diqqət yetirilməlidir.
Ümidvarıq ki, tədbirin yüksək səviyyədə və təhlükəsiz bir şəraitdə keçirilməsini təmin etmək üçün vətəndaşlarımız müvəqqəti olaraq tətbiq edilən məhdudiyyət tədbirlərinə anlayışla yanaşacaq və mövcud vəziyyəti düzgün qiymətləndirməklə bu işdə polis əməkdaşlarına öz lazımi dəstəyini və köməyini nümayiş etdirəcəklər".



DYP "Formula" ilə bağlı sürücülərə müraciət etdi
DYP bu şəxslərə müraciət etdi
Yol polisindən "Formula 1" ilə bağlı sürücülərə MÜRACİƏT
Bu yollardan istifadə edənlərin NƏZƏRİNƏ
Yol polisi sürücülərə və piyadalara XƏBƏRDARLIQ ETDİ
DYP -dən sürücülərə MÜRACİƏT - Bu tarixdən...
DYP sürücülərə müraciət etdi
DYP-dən avtomobil sahiblərinə və sürücülərə MÜRACİƏT
Rayon avtomobilləri şəhərə BURAXILMAYACAQ
Novruz bayramında rayonlara getmək istəyənlərə MÜRACİƏT
Yol polisindən sürücü və piyadalara MÜRACİƏT
Bu küçələrdə nəqliyyatın hərəkəti DAYANDIRILIR - RƏSMİ
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 