ONN media Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən bildirir ki, Baş İctimai Təhlükəsizlik İdarəsi tərəfindən respublikanın şəhər və rayonlarında, meşə, park, müalicə-sağlamlıq, turizm zonalarının ərazilərində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, Xəzər dənizinin sahil zolağında və çimərliklərdə məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılması, sənaye və məişət tullantılarının qalaqlanması, su obyektlərinin çirklənməsi və zibillənməsi hallarının qarşısının alınması məqsədilə mütamadi tədbirlər həyata keçirir.
2018-ci ilin ötən 3 ayında respublikanın şəhər, rayon polis orqanları tərəfindən keçirilmiş belə tədbirlər zamanı İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi), 266-cı (İstehsalat və məişət tullantıları haqqında qanunvericiliyin pozulması), 234-cü (sənaye və məişət tullantılarının toplanması, yandırılması nəticəsində atmosfer havasının çirkələnməsi) və 244-cü (Torpaqların (meşəfondu torpaqların) zibillənməsi və korlanması) maddələrinin tələblərini pozmuş 174 fiziki, hüquqi və vəzifəli şəxs müəyyən edilərək inzibati məsuliyyətə cəlb edilib. Onlara tətbiq olunan cərimələrin məbləği 9.600 manat təşkil edib.
Eyni zamanda şəhər, rayon polis orqanları tərəfindən İnzibati Xətalar Məcəlləsinin 275-ci (ekoloji təhlükəsizlik haqqında qanunvericiliyin pozulması) və 521-ci (məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulması) maddələrinin tələblərini pozmuş 202 fiziki, hüquqi və vəzifəli şəxs müəyyən edilərək inzibati məsuliyyətə cəlb edilib. Onlara tətbiq olunan cərimələrin məbləği 28.967 manat təşkil edib.
Bu istiqamətlərdə tədbirlər davam etdirildiyidə bildirilir.



DİN və ETSN birgə tədbirlərini davam etdirir
Bu rayonda bələdiyyə sədri cərimələndi
Azərbaycanda vəzifəli şəxs cərimələndi
Bu şəxslər cəza aldılar - RƏSMİ
Hökməli bələdiyyəsinin sədr müavini cəzalandırıldı
Sabirabadda ətraf mühiti çirkləndirənlər cərimələnib
Şəmkirdə məsul şəxs cərimələndi
Vəzifəli şəxs cərimələndi
Azərbaycanda bələdiyyə sədri CƏZALANDIRILDI
Polis vəzifəli şəxsi cərimələdi - 3 MİN MANAT
Azərbaycanda vəzifəli şəxslər cərimələndi
Azərbaycanda vəzifəli şəxs cərimələndi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 