Miqrasiya Məcəlləsi və “Dövlət rüsumu haqqında” qanun layihələrinə dəyişikliklər edilməsi təklif edilir.
ONN media xəbər verir ki, qanun layihələrinə edilən dəyişikliyin mahiyyəti nisbətən daha artıq miqdarda dövlət rüsumu ödəməklə bu sənədlərin daha qısa müddətlərdə verilməsi imkanını nəzərdə tutur.
Belə ki, layihədə , fərqli rüsumlar əsasında müvəqqəti yaşamaq üçün icazə vəsiqələrinin 15 və 20 günə, daimi yaşamaq üçün icazə vəsiqələri 35, 40, 50 və 60 günə, müvəqqəti olma müddətinin uzadılması barədə qərar 1 və 3 günə , əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsinin 10, 15, 20 gün müddətində verilməsi təklif olunur. Qanun layihəsi əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə xidmətin keyfiyyətinin artırılmasına və onun rüsumlar əsasında tənzimlənməsinə imkan yaradır.
Belə ki, qanunun 14.8-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqələrinin verilməsinə və müddətinin uzadılmasına görə 15 iş günü müddətində verildikdə 3 ayadək rüsumun 30 manatdan 40 manatadək artırılması təklif olunur. 6 ayadək rüsumun 60 manatdan 80 manatadək, 1 ilədək rüsumun 120 manatdan 160 manata, 1 il 6 ayadək rüsumun 180 manatdan 240 manatadək, 2 ilədək rüsumun 240 manatdan 320 manat, 2 il 6 ayadək olan rüsumun 300 manatdan 400 manata, 3 ilədək rüsumun 360 manatdan 480 manatadək qaldırılması təklif edilir.
Həmçinin yetkinlik yaşına çatmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə də rüsumların artırılması təklif edilir. Belə ki, 3 ayadək olan rüsum 15 iş günü müddətində verildikdə 15 manatdan 25 manata, 6 ayadək 30 manatdan 50 manat, 1 ilədək 60 manatdan 100 manata, 1 il 6 ayadək 90 manatdan 150 manata, 2 ilədək 120 manatdan 200 manata, 2 il 6 ayadək 150 manatdan 250 manata, 3 ilədək olan rüsum isə 180 səviyyəsində saxlanılır.
Bundan əlavə, Azərbaycanın ali və orta ixtisas təhsili müəssisələrində əyani formada təhsil alan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə də rüsumların artırılması təklif olunur. Belə ki, 1 illik rüsum 15 iş günü müddətində verildikdə 40 manatdan 60 manata, 2 illik rüsum 80 manatdan 120 manata da qədər artırılır.
Yetkinlik yaşına çatmış əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə 150 manat idi. İndi isə yeni təklif olunan redaksiyaya əsasən 35 gün müddətində verildikdə və ya müddəti uzadıldıqda 450 manat, 40 gün müddətində verildikdə və ya müddəti uzadıldıqda 400 manat, 50 gün müddətində verildikdə və ya müddəti uzadıldıqda 350 manat olması təklif edilir.
Həmçinin yetkinlik yaşına çatmış əcnəbilərə və vətəndaşlığı olamayan şəxslərə ölkədə müvəqqəti olma müddətinin uzadılması barədə qərarın verilməsinə görə 30 günədək olan rüsum 1 iş günü müddətində verildikdə 50 manat olması təklif edilir. 60 günədək olan rüsumun isə 60 manatdan 100 manata qaldırılması təklif edilir.
Yetkinlik yaşına çatmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkədə müvəqqəti olma müddətinin uzadılması barədə qərarın verilməsinə görə 30 günədək 3 iş günü müddətində olduqda 15 manatdan 30 manata, 60 günədək olduqda 30 manatdan 60 manata qaldırılması təklif edilir.
Bundan əlavə, Azərbaycan ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin verilməsinə və müddətinin uzadılmasına görə 3 ayadək olan 350 manat məbləğ 10 iş günü müddətində verildikdə 700 manat, 6 ayadək olduqda 600 manatdan 900 manata, 1 ilədək 1000 manatdan 1400 manata qaldırılması təklif edilir.



Baş nazirdən əcnəbilərlə bağlı QƏRAR
Bu şəxslərə ölkədə daimi yaşamaq icazəsi veriləcək
Xarici pasportların alınmasına və itirilməsinə görə olan rüsumlar artırılır
Prezident bu məsələ ilə bağlı qərar qəbul edib
Miqrasiya Xidmətindən əcnəbilərə müraciət
Pasport və şəxsiyyət vəsiqələri üçün YENİ RÜSUMLAR
Azərbaycanda nə qədər əcnəbi yaşayır?
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər evdən çıxma icazəsini necə almalıdır?
Bu əcnəbilərə ölkədə yaşamaq icazəsi veriləcək
Miqrasiya xidməti bu şəxslərlə bağlı məlumat yaydı
Prezident Miqrasiya Məcəlləsində dəyişikliyi təsdiqlədi
Bu şəxslərə ŞAD XƏBƏR- Yaşamaq üçün icazə veriləcək
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 