Sədərək” Ticarət Mərkəzi bağlana və ya başqa adla digər ticarət mərkəzlərindən birinin nəzdində fəaliyyət göstərə bilər.
ONN media-nın məlumatına görə, ötən gün Fövqəladə Hallar Nazirliyinin yanğın nəzarəti və yanğından mühafizə xidməti qurumlarının “Sədərək”də keçirdiyi yanğın təhlükəsizliyi təlimi zamanı ciddi nöqsanların aşkarlanması bu ehtimalı gücləndirib.
Bundan əlavə, azərbaycanlı alıcıların “Trendyol” vasitəsilə onlayn alış-verişə üstünlük verməsi nəticəsində bazarda satışların azalması ilə bağlı məlumatlar da sadalanan səbəblər arasındadır.
Yayılmış iddialarla bağlı “Sədərək” TM-in sözçüsü Kəmaləddin Qədim məlumatların həqiqətə uyğun olmadığını deyib:
“FHN-in burada xüsusi bölməsi də fəaliyyət göstərir. Sadəcə olaraq təlim keçirilib. Bu da həmişə olan bir məsələdir. Ticarət mərkəzi böyük bir ərazini əhatə edir, onminlərlə mağaza, 30-40 mindən artıq sahibkar, işçi var. Bu boyda yeri kim bağlayacaq?! Yayılmış məlumatların heç bir məntiqi və əsası yoxdur.
“Sədərək” TM-in bağlanacağı ilə bağlı əvvəllər də dəfələrlə məlumatlar yayılıb. Heç bir əsası olmayan məlumatlardır”.
Ticarət mərkəzinin sözçüsü vətəndaşların xarici ölkələrdən onlayn alış-verişə üstünlük verməsinə görə satışların azalması barədə deyilənlərə də münasibət bildirib:
“Belə bir məsələ yoxdur. Əslində, bu, kiçik bir detaldır. Onlayn yolla Türkiyədən, başqa ölkələrdən mal alanlar az bir qisimdir. “Sədərək” TM o qədər böyük bir ərazidir ki, təkcə Bakını əhatə etmir. Azərbaycanın bütün rayonlarından bura gəlib mal alırlar, rayonlarda, kəndlərdə satışı təşkil olunur. “Trendyol”dan mal alanların bura cüzi bir təsiri ola bilər. Dediyim kimi, kiçik bir şeydir, bizə güclü təsir göstərmək imkanında deyil”



Sədərək TM bağlanır?- Rəsmi
SON DƏQİQƏ - “Sədərək” ticarət mərkəzi yanır
“Sədərək” bağlandı? - Açıqlama
Sədərək Ticarət Mərkəzində yanğın olub
Sədərək bazarında güclü yanğın başlayıb
Sədərək TM-də yanğın olub
"Sədərək” rəhbərliyi icarədarlardan pul tələb edir? - AÇIQLAMA
Yanğından sonra bunu da etdilər - "Sədərək"də biabırçılıq
SON DƏQİQƏ: Sədərək ticarət mərkəzində yanğın
Sədərəkdə baş verən yanğının səbəbi açıqlandı
“Sədərək” ticarət mərkəzi açılır? — RƏSMİ
“Sədərək” Ticarət Mərkəzində YOXLAMA başladı: “Cavabdehlər dərhal cəzalandırılacaq”
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 