Bu gün səhər saatlarından "Sədərək” ticarət mərkəzində fəaliyyət göstərən bir sıra mağazalar açılmayıb.
Səbəbin isə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin obyektlərə yeni kassa aparatlarının qoyulması tələbinin olduğu bildirilib.
Məlumata görə, mağaza sahibləri və icarədarlar indiyədək vergini ticarət mərkəzinin rəhbərliyinə ödədiklərini və bu qaydada davam etmək istədiklərini bildiriblər.
"Sədərək” ticarət mərkəzinin sözçüsü Kəmaləddin Qədim isə bildirib ki, Dövlət Vergi Xidməti tərəfindən obyektlərin xəritəsi hazırlanır və bununla bağlı yoxlama aparılır.
Dövlət Vergi Xidmətindən isə deyilib ki, "Sədərək” ticarət mərkəzində hər hansı kütləvi yoxlamalar və ya yeni kassa aparatlarının quraşdırılması həyata keçirilmir. Hazırda Dövlət Vergi Xidməti Əmlak Məsələləri Dövlət Xidməti ilə birlikdə respublika ərazisində fəaliyyət göstərən obyektlərin dislokasiyasını və toplanmış məlumatların dürüstləşdirilərək rəqəmsal xəritə infrastrukturuna işlənməsini həyata keçirir. Dislokasiya prosesləri zamanı təsərrüfat subyektlərində fəaliyyət göstərən şəxslərin vergi uçotuna alınması, obyektlərin faktiki məlumatlarının dürüstlüyü barədə məlumatların toplanması və dəqiqləşdirilməsi həyata keçirilir



“Sədərək” ticarət mərkəzi açılır? — RƏSMİ
"Sədərək” rəhbərliyi icarədarlardan pul tələb edir? - AÇIQLAMA
“Sədərək” bağlandı? - Açıqlama
“Sədərək” ticarət mərkəzində partlayıcı vasitələr aşkar edilib
“Sədərək”də NƏ BAŞ VERİR?
“Sədərək” Ticarət Mərkəzindən yeni AÇIQLAMA
"Sədərək"də ziyan çəkən sahibkarlara kompensasiya ödəniləcək - RƏSMİ
“Sədərək” Ticarət Mərkəzində YOXLAMA başladı: “Cavabdehlər dərhal cəzalandırılacaq”
Sədərək Ticarət Mərkəzində yanğın olub
SON DƏQİQƏ - “Sədərək” ticarət mərkəzi yanır
Sədərək TM bağlanır?
Sədərəkdə baş verən yanğının səbəbi açıqlandı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 