ONN media xəbər verir ki, 23 aprel 2018-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Ramiz Mehdiyev yeni təyin olunmuş kənd təsərrüfatı naziri İnam Kərimovu nazirliyin kollektivinə təqdim edib.
Ramiz Mehdiyev nazir İnam Kərimovun keçdiyi həyat yolu barədə ətraflı məlumat verərək qeyri neft sektorunun, xüsusilə də kənd təsərrüfatının ölkə iqtisadiyyatında əhəmiyyətli rol oynadığını, bu sahənin inkişafı ilə bağlı büyük potensial imkamların olduğunu diqqətə çatdırıb. Ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulan əsas hədəflərə nail olmaq üçün nazirliyin kollektivinə müvafiq məsləhət və tövsiyələrini verib.
Yeni təyin olunmuş kənd təsərrüfatı naziri İnam Kərimov ölkə başçısının ona göstərdiyi yüksək etimada görə təşəkkürünü bildirib, qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirəcəyini qeyd edib.
İnam Kərimov Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda bütün sahələrdə olduğu kimi qeyri-neft sektorunun xüsusilə, kənd təsərrüfatının uğurla inkişaf etdirildiyini bildirib.
Qeyd edək ki, İnam İmdad oğlu Kərimov kənd təsərrüfatı naziri vəzifəsinə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli Sərəncamı ilə təyin edilib.



İnam Kərimov 3 əsas fəaliyyət prinsipini açıqladı
Nazir yeni rektoru kollektivə təqdim etdi
İnam Kərimov kollektivə təqdim olundu
İnam Kərimov Macarıstanın xarici işlər naziri ilə görüşüb
İnam Kərimova yeni VƏZİFƏ VERİLDİ
İnam Kərimov Türkiyədə səfərdə olub
Yeni nazir Cocuq Mərcanlıda
Prezidentdən İnam Kərimovla bağlı - Sərəncam
Ceyhun Bayramov XİN kollektivinə təqdim olundu
Azərbaycanla Türkiyə arasında Kənd Təsərrüfatı Sığortası üzrə Əməkdaşlıq Protokolu imzalanıb
İnam Kərimovdan iki yeni TƏYİNAT
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 