İyun ayının 29-u nazir İnam Kərimov Macarıstanın xarici işlər naziri Peter Szijjartonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşün məqsədi iki ölkə arasında kənd təsərrüfatı sahəsində əlaqələrin müzakirəsi olub.
Kənd Təsərüffatı Nazirliyindən ONN media -ya verilən məlumata görə, nazir İnam Kərimov son dövrlərdə ölkəmizdə kənd təsərrüfatı sahəsində həyata keçirilən islahatlar, ölkə rəhbərliyinin aqrar sahəyə göstərdiyi diqqət və qayğı, aqrar sahənin inkişafı ilə bağlı qəbul olunmuş qərar və sərəncamlar barədə geniş məlumat verib. İ.Kərimov Azərbaycanda aqrar sahədə əlverişli investisiya mühitinin olduğunu nəzərə çatdıraraq, hökumət tərəfindən kənd təsərrüfatının müxtəlif sahələrinə ayrılan subsidiyalar barədə danışıb. Azərbaycan və Macarıstan arasında aqrar ticarət sahəsində böyük potensialın olduğunu diqqətə çatdıran nazir kənd təsərrüfatında innovasiyaların tətbiqi və toxumçuluq sahəsində ölkələr arasında əlaqələrin inkişafından məmnun olduğunu qeyd edib.
Öz növbəsində qəbula görə təşəkkür edən Macarıstanın xarici işlər naziri Peter Szijjarto Azərbaycanla bir çox sahələrdə olduğu kimi kənd təsərrüfatı sahəsində də əməkdaşlığa önəm verildiyini vurğulayıb.
Qonaq iki ölkə arasında kənd təsərrüfatı sahəsində əlaqələrin daha da inkişaf etməsi üçün öz səylərini əsirgəməyəcəyini bildirib.



Nazir müavini:"Rusiya bizim ənənəvi partnyorumuzdur"
Azərbaycanla Türkiyə arasında Kənd Təsərrüfatı Sığortası üzrə Əməkdaşlıq Protokolu imzalanıb
İnam Kərimov Türkiyədə səfərdə olub
Zəngilanda Azərbaycan - Türkiyə “Qardaşlıq bağı” salındı
Yeni nazir Cocuq Mərcanlıda
İnam Kərimov Texas A&M Universitetinin mütəxəssisləri ilə görüşüb
Kərimov vəzifəsindən AZAD EDİLDİ
Nazirdən AÇIQLAMA- “Ərzaq məhsulları 50 faiz ucuzlaşacaq”
Yeni nazir kollektivə təqdim olundu
Kənd Təsərrüfatı Nazirliyi aqrar sahədə startaplara dəstək verəcək
Nazirlikdə sədr təyin olundu - ƏMR
İnam Kərimova yeni VƏZİFƏ VERİLDİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 