Bakının Xətai rayonunda, Yusif Səfərov 12A ünvanında binaların həyətində olan 6 şam ağacı kəsilib və ərazini obyekt tikmək üçün hasarlayıblar.
ONN media xəbər verir ki, bu barədə sakinlər məlumat verib.
Sakinlər bildirib ki, əraziyə Xətai Mənzil Komunal Təsərrüfat Birliyinin 110 saylı mənzil-kommunal istismar sahəsi baxır. Amma onlar məsələ ilə bağlı heç bir tədbir görmürlər.
Sakinlərin sözlərinə görə, Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma təsərrüfatı birliyi qəfildən ərazidə yerləşən ağacları kəsmək qərarına gəlib:
"Gələn şəxslər, bəlkə də, yarım əsr yaşı olan 6 Eldar şamını kəsib, digər ağacları isə budayıblar. Bizə isə bildirdilər ki, bu ağaclar yabanı olduğu üçün kəsilir və yerinə yenisi əkiləcək. Biz yeni ağaclar əkiləcəyinə inandıq, amma sonra məlum oldu ki, bizi aldadırlar, ərazidə obyekt tikmək üçün hazırlıqlar gedir. Qonşularla birgə Xətai Rayon Polis İdarəsinin 37-ci Polis bölməsinə müraciət etdik. Polislər şikayətçiləri bölməyə apardı. Camaatın başının qarışmasından istifadə edib ərazini hasarlayıblar. Hətta sakinlərə müdaxilə etməməsi üçün pul təklif ediblər".
Sakinlərdən biri deyir ki, ərazidə digər tikililər də var, istirahət üçün, təmiz hava almaq üçün, uşaqların oynamağı üçün yeganə yeri isə zəbt etməyə çalışırlar.



Nərimanov rayonunda karantin rejimindən istifadə edib ağacları kəsdilər - FOTOLAR
Bakıda ağacı kəsib obyekt tikmək istədilər
Xətaidə tikintiyə ETİRAZ: icra başçısı hadisə yerinə gəldi
Paytaxtda xəstə ağaclar kəsilir
Bu binanın sakinləri təhlükə ilə üz-üzə
Bu binalarda yaşayanların NƏZƏRİNƏ
Nazirlik qanunsuz ağac kəsimini araşdırdı
Bakıda 1 nömrəli peşə məktəbinin yataqxanasında acınacaqlı vəziyyət yaranıb
Abutalıbovun bu sərəncamı ləğv edilə bilər?- AÇIQLAMA
Bakıda yaşlı qadın itkin düşüb
Bakıda silahlı şəxs mağazaya basqın edib
Bu ərazidə qaz kəsildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 