Sərhəddə atəşkəsin pozulması və bunun nəticəsində hərbçimizin yaralanması 19-20 sentyabr anti-terror olayından sonra ilk ciddi insidentdir.
ONN media xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, bu təxribatla bağlı 3 mümkün ehtimal irəli sürmək olar:
“Birinci, erməni hərbçi əmrə tabe olmayıb və atəş açıb; ikinci, bu təxribatın arxasında xarici güclər dayanır, bu, o güclərdir ki, sülh prosesinə mane olmaq istəyirlər; üçüncü, Ermənistan hakimiyyəti gərginliyi artırmaqla sərhəddə iki il əvvəl itirdiyi yüksəklikləri geri qaytarmaq istəyir.
İkinci və üçüncü ehtimal iki ölkə arasında gələcəkdə də atəşkəsin pozulmasını ehtiva edir və bu, böyük toqquşmaya səbəb ola bilər. Bu, Ermənistan üçün son dərəcə riskli gedişatdır. Ona görə də birinci ehtimalın üzərində dayanmaq lazım gəlir. Ermənistan Müdafiə Nazirliyinin hərbi polisinin sərhəddə azərbaycanlı hərbçinin yaralanması barədə məlumatı araşdırması da bundan xəbər verir, ayrı vaxt olsaydı, atəşkəsin pozulmasına görə Azərbaycanı ittiham edəcəkdilər. Ermənistan hərbi idarəsi isə “Ermənistan və Azərbaycan dövlət sərhədində erməni sərhədçiləri tərəfindən atəş açılması ilə bağlı Azərbaycan mətbuatında yayılan məlumatlar araşdırılır. Bu hal təsdiq olunarsa, məsuliyyət daşıyan şəxslər cəzalandırılacaq” məzmunlu bəyanat yaymaqla faktiki günahını etiraf etmiş olub



Ermənistan sərhədə niyə ordu yığır?
Bu, ermənilərin Ordumuzu əməliyyata dəvət etməsidir - Politoloq
Sərhəddə sakitlikdir: AB “missiya"nı niyə gücləndirir?
Ermənistan bunu edərsə, itkilər verməyə davam edəcək - Polkovnikdən XƏBƏRDARLIQ
Atəşkəs niyə pozulur?- Paşinyanın planı nədir?
Ermənistanla sərhəddə atışma- Yaralı var
Azərbaycan ordusu atəşkəsi pozub?- Rəsmi
MN rəsmi məlumat yaydı: ATƏŞ AÇMAYIB
Sərhəddə erməni əsgər yaralandı
Erməni hərbçi Azərbaycanla sərhəddə minaya düşüb
Ermənistan 12 gündür iki hərbçini axtarır
Rəsmi Bakı İrəvana çağırış etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 