ONN media xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidməti Xocalıda kütləvi məzarlığın aşkar edilməsi ilə bağlı məlumat yayıb.
Məlumatda bildirilib ki, Xocalı şəhərinin mərkəzində (keçmiş xalça fabrikinin yaxınlığında) həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı basdırılmış vəziyyətdə kütləvi insan qalıqlarının aşkar olunması barədə fevralın 21-də Xocalı rayon prokurorluğuna məlumat daxil olub.
Baş Prokurorluğunun peşəkar əməkdaşları hadisə yerinə ezam olunmaqla, Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsi, Azərbaycan Milli Elmlər Akademiyası, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan Nümayəndəliyinin əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilərək aşkar edilmiş sümük fraqmentləri ekspertiza və laborator müayinələrin aparılması məqsədilə müvafiq qaydada götürülüb, eləcə də digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Hazırkı vaxtadək keçirilən prosessual hərəkətlər nəticəsində ərazidə aşkarlanmış insan qalıqlarının ən azı 4 nəfər (onlardan 1 nəfərin azyaşlı, yəni 4-5 yaşlı şəxsə məxsus olması ehtimal edilir) şəxsə məxsus olması, onların işgəncələrə məruz qalması, əllərinin kəndirlə bağlanması və xüsusiyyətlərinə görə ən azı 25 il əvvəl basdırılması müəyyən edilib.
Hazırda hadisə yerinin tam müayinə edilməsi istiqamətində işlər davam etdirilir.
Faktla bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində araşdırma aparılır.
Axtarış işləri tam yekunlaşdıqdan və müavfiq ekspertiza nəticələri müəyyən olunduqdan sonra ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək.



Xocalıda insan sümükləri aşkarlandı
Xocalıda insan qalıqları aşkar edildi
9 şəhid məzarı ekshumasiya ediləcək
7 meyitin qalıqları Azərbaycana təhvil verildi - RƏSMİ
Xocalıda insana məxsus sümük fraqmentləri aşkar edilib
Xocalıda qalıqları tapılan 7 nəfər dəfn olunub
Füzulidə 1992-ci ildə əsir düşən hərbçimiz tapılıb? - RƏSMİ AÇIQLAMA
İtkin düşən hərbiçilərimizin qalıqları tapıldı
Əsgəranda tapılan kütləvi məzarlıqda basdırılanların Xocalı sakinləri olması ehtimal edilir - RƏSMİ
Həbsdəki sabiq icra başçılarının müqaviməti
İtkin düşən alpinistlər belə ölüb- AÇIQLAMA
Hacıyev Şuşada aşkarlanmış kütləvi məzarlıqdan yazdı
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu
Arzumun adından dələduzluq edildi
İlham Əliyev sərəncam imzaladı
Çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ
Fidan Ukraynaya səfərə gedir
Sabahın havası açıqlandı 