27 fevral 2024-cü il, Bakı – Azərbaycanın milli aviadaşıyıcısı AZAL Türkiyənin bir neçə istiqaməti üzrə yeni endirim aksiyasına start verir.
ONN media "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən aldığı məlumata əsasən xəbər verir ki, təklif çərçivəsində Türkiyənin aşağıdakı şəhərlərinə endirimli qiymətlərlə aviabilet əldə etmək mümkündür: İstanbul (İstanbul və “Sabiha Gökçen” hava limanları), Antalya, Ankara, İzmir və Trabzon.
Aksiya Novruz çərşənbələrindən biri olan Su çərşənbəsinə həsr olunub. Belə ki, fevralın 27-də əldə edilən aviabiletlərə xüsusi qiymətlər tətbiq edilir. Aksiya yüksək tələbat dövrü istisna olmaqla, aviaşirkətin 1 aprel-31 may 2024-cü il tarixlərində həyata keçirəcəyi reyslərinə şamildir.
İstanbul şəhərinə yeni hava limanı vasitəsilə səyahət edərkən aviabiletləri bir tərəfə 219 manata, hər iki istiqamətdə 309 manata, “Sabiha Gökçen” hava limanı vasitəsilə səyahət edərkən bir tərəfə 129 manata, gediş-dönüş aviabiletlərini 258 manata əldə etmək mümkündür. Antalya şəhərinə aviabiletlərin qiyməti bir tərəfə 219 manat, hər iki istiqamətdə 309 manat təşkil edir. Ankara, İzmir və Trabzon şəhərlərinə bir tərəfə 129 manata, gediş-dönüş aviabiletlərini isə 258 manata əldə etmək olar.
Məlumatda bildirilir ki, aksiya çərçivəsində aviabiletlərin qiymətinə hava limanı rüsumları daxildir. Endirimli aviabiletlərin sayı məhduddur.
Qeyd edək ki, biletlərin qiymətinə baqaj daxil deyil, lakin 10 kq-a qədər əl yükünün daşınmasına icazə verilir.
Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin yenilənmiş mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.



Türkiyəyə getmək istəyənlərə ŞAD XƏBƏR
AZAL-ın təyyarəsi təcili eniş etdi
İstanbul-İrəvan aviareyslərinin qiyməti bəlli oldu
Bu şəhərlərə getmək istəyənlərə ŞAD XƏBƏR
Türkiyəyə getmək istəyənlərə ŞAD XƏBƏR
THY İstanbuldan 213 reysi ləğv etdi
Türk Hava Yolları 279 reysi təxirə saldı
AZAL Qurban bayramı ilə bağlı aviabiletlərə güzəşt tətbiq edib
AZAL “Payız endirimləri” adlı aksiya elan edir
Bu tarixdən AZAL-ın İstanbul istiqamətində olan bütün reysləri yeni hava limanına həyata keçiriləcək
AZAL bu istiqamətdə uçuşlara başladı
AZAL-dan daha bir YENİLİK
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 