Azərbaycan elminə ağır itki üz verib.
ONN media xəbər verir ki, UNEC-in "İstehlak mallarının ekspertizası" kafedrasının müdiri, professor Həsənov Əli Pənah oğlu vəfat edib.
Qeyd edək ki, o, 1937-ci il dekabr ayının 31-də Beyləqan rayonunda anadan olub.
1957-ci ildə orta məktəbi qızıl medalla bitirərək K.Marks adına Xalq Təsərrüfatı İnstitutuna daxil olub. 1962-ci ildə həmin institutu fərqlənmə diplomu ilə bitirib və kafedrada müəllim kimi fəaliyyətə başlayıb. 1962-1966-cı illərdə Universitetin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədr müavini seçilib.
1962-1964-cü illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) "Sənaye malları əmtəəşünaslığı" kafedrasının assistenti olub.
1966-1988-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun "Sənaye malları əmtəəşünaslığı" kafedrasının dosenti;
1993-2000-ci illərdə Bakı Əmtəəşünaslıq-Kommersiya İnstitutunun rektoru;
2000-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin prorektoru;
2004-2011-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Əmtəəşünaslıq fakultəsinin dekanı vəzifələrində işləyib.
2011-ci ildən "Qeyri-ərzaq malları əmtəəşünaslığı" kafedrasının, 2020-ci ilə kimi UNEC-in "İstehlak mallarının ekspertizası" kafedrasının müdiri olub.
22.10.2020-ci il tarixdən UNEC-in "Mühəndislik və tətbiqi elmlər" kafedrasının məsləhətçi-professorudur.
150-dən çox elmi əsərin, o cümlədən 27 dərsliyin, dərs vəsaitinin və monoqrafiyanın müəllifidir.
Müxtəlif illərdə fəxri fərmanlar, mükafatlarla qiymətləndirilib. 2010-cu ildə AR Prezidentinin Sərəncamına əsasən "Tərəqqi" medalı, 2011-ci ildə isə "Şöhrət" ordeni ilə təltif olunub.
Prezident İlham Əliyevin 24 sentyabr 2020-ci il Sərəncamı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Əli Pənah oğlu Həsənov Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb. Qafqazinfo.
Allah rəhmət eləsin.




Elmira Rəhimova vəfat etdi
Aydın Abiyev vəfat etdi
Tanınmış şair vəfat etdi
Lənkəran Dövlət Universitetinin əməkdaşı vəfat edib
Azərbaycanlı kimyaçı alim vəfat etdi
ATU-nun professoru vəfat etdi
MM-in yeni seçilən vitse-spikeri kimdir? - Dosye
BDU-nun professoru vəfat edib
SON DƏQİQƏ: işdən çıxarılan icra başçısı VƏFAT ETDİ
İlham Əliyevin Masallıya icra başçısı təyin etdiyi Şahin Məmmədov kimdir? – DOSYE
Milli Məclisin birinci vitse-spikeri kimdir? - Dosye
Cəfər Quluzadə vəfat etdi
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 