Deputat Musa Qasımlı Milli Məclisin vitse-spikeri seçilib.
ONN media xəbər verir ki, Musa Qasımlı 1957-ci il oktyabrın 28-də Yardımlı rayonunun Hamarkənd kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1979–1982-ci illərdə Yardımlı rayonunda orta məktəblərdə müəllim işləyib. 1982–1992-ci illərdə Azərbaycan Dövlət Universitetinin Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının aspirantı, müəllimi, baş müəllimi, dosenti, universitetin Tarix fakültəsı dekanının müavini olub.
1992–1997-ci illərdə Azərbaycan Respublikası Ali Soveti Katibliyinin, daha sonra Azərbaycan Respublikası Milli Məclisi Aparatının Beynəlxalq münasibətlər şöbəsinin aparıcı mütəxəssisi, baş məsləhətçisi vəzifələrində çalışıb. 1997–2016-cı illərdə Bakı Dövlət Universitetinin Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının professoru olub. 2016-cı ildən AMEAnın Qafqazşünaslıq İnstitutunun direktorudur.
Tarix elmləri doktoru, professordur. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvüdür. ABŞ-da Orta Şərq Araşdırmaları Mərkəzinin, Türkiyədə Turan Strateji Araşdırma Mərkəzinin, Orta Asiya və Qafqaz Araşdırmaları Mərkəzinin üzvüdür. “Şöhrət” ordeni ilə təltif edilib. Azərbaycanda və xarici ölkələrdə 10 dildə nəşr edilmiş 47 kitab və 190-dan çox elmi məqalənin müəllifidir. Rus və ingilis dillərini bilir.
Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvüdür.
Bitərəfdir. Milli Məclisin IV, V, VI çağırışlar deputatı olub.
Evlidir, 4 övladı var.



Milli Məclisin yeni sədr müavini İbrahimli... - Daha bir ilk
Milli Məclis Aparatına rəhbər TƏYİN OLUNDU
Lənkəran Dövlət Universitetinin əməkdaşı vəfat edib
Milli Məclisin birinci vitse-spikeri kimdir? - Dosye
BDU-nun professoru vəfat edib
Milli Məclisin sədri vəzifəsinə namizəd kimdir? - TƏRCÜMEYİ-HAL
Əfqan Abdullayevə YÜKSƏK VƏZİFƏ VERİLDİ
Azərbaycan elminə BÖYÜK İTKİ
Əli Həsənov vəfat etdi - FOTO
Tahir Budaqov kimdir? – DOSYE
İlham Əliyev YAP-a cari rəhbərliyi bu şəxsə həvalə etdi
Vətən müharibəsində şəhid olan müəllimlərimiz
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 