Laçında əlverişsiz hava şəraitində azan Azərbaycan hərbçisi, Ruslan Pənahov doğulduğu Şəmkir rayonuna gəlib.
ONN media-nın məlumatına görə, Ruslan Pənahov bu gün axşam saatlarında ailəsinə qovuşub.
Qeyd edək ki, Laçında əlverişsiz hava şəraitində azan Azərbaycan hərbçisi martın 5-də Ermənistandan Bakıya gətirilib.
Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Pənahov Ruslan Eldəniz oğlu Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb.
Ermənistan tərəfi isə açıqlama yayaraq, şərti sərhədi keçən Azərbaycan əsgərinin saxlanıldığını bildirib.
Ermənistanda Azərbaycan Ordusunun hərbçisinə qarşı uydurma ittihamlarla cinayət işi açılıb. Ruslan Pənahov müstəntiqin qərarı ilə həbs olunub.
Martın 4-də Ermənistan İstintaq Komitəsi Azərbaycan hərbçisi Ruslan Pənahovla bağlı cinayət təqibinə xitam verib. Ermənistanla Azərbaycan arasında əldə edilmiş razılaşmaya əsasən, eyni zamanda, xoşməramlı jest olaraq, Ruslan Pənahovun Azərbaycana təhvil verilməsi barədə qərar qəbul edilib.



Laçında azan hərbiçimizin atası danışdı
Laçında azan hərbiçimizin anası danışdı
Ruslanla bağlı daha bir açıqlama
Ermənistan əsgərimizin saxlanıldığını açıqladı
İrəvanda saxlanılan hərbçimizin atası açıqlama yaydı
Əsirlikdən dönən əsgərimiz öz evində
Hərbiçimiz ermənistana keçib?-Rəsmi
Azan əsgərimiz İrəvanda həbs edildi
Ruslanın atası Ermənistanın qərarından danışdı
Ruslan Pənahov Azərbaycana təhvil verildi
Vətənə qaytarılan əsgər danışdı
Əsir hərbçimizə hökm oxundu
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 