Fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Ruslan Eldəniz oğlu Pənahov Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb.
Xidməti vəzifəsini yerinə yetirərkən hava şəraiti səbəbindən azan hərbçimizin Ermənistanda hansı şəraitdə saxlanılması ilə bağlı hələ ki məlumatlar yoxdur.
Maraqlıdır, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Ermənistanda saxlanılan əsgərimiz Ruslan Pənahova baş çəkəcəklərmi?
Axar.az xəbər verir ki, qurumun mətbuat katibi İlahə Hüseynova Bizim.Media-ya aidiyyəti qurumlarla ikitərəfli konfidensial dialoq aparıldığını bildirib.
"Mandatına uyğun olaraq Beynəlxalq Qızıl Xaç Komitəsi saxlanılan şəxslərə rəftar və saxlanma şəraitini monitorinq etmək və onların ailələri ilə əlaqə saxlamalarına dəstək olmaq üçün onlara baş çəkir".
Qeyd edək ki, hərbçi Ruslan Pənahov barəsində Ermənistan İstintaq Komitəsi təxribata cəhd, qanunsuz silah-sursat saxlama və digər maddələr ilə cinayət işi açıb. Verilən məlumata görə, Ruslan Pənahov müstəntiqin qərarı ilə həbs olunub. Hazırda işin detalları aydınlaşdırılır



Laçında azan hərbiçi ailəsinə qovuşub
İrəvanda saxlanılan hərbçimizin atası açıqlama yaydı
Laçında azan hərbiçimizin anası danışdı
Laçında azan hərbiçimizin atası danışdı
Ermənistan əsgərimizin saxlanıldığını açıqladı
Azan əsgərimiz İrəvanda həbs edildi
Hərbiçimiz ermənistana keçib?-Rəsmi
BQXK-dan əsirlərlə bağlı AÇIQLAMA
Ruslanın atası Ermənistanın qərarından danışdı
BQXK nümayəndələri Ermənistanda saxlanılan iki Azərbaycan hərbçisinə yenidən baş çəkiblər
Azərbaycan vətəndaşı Ermənistana keçib? - AÇIQLAMA
Əsir hərbçilərimizdən yeni xəbər - Açıqlama
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 