Azərbaycan Respublikası Müdafiə Nazirliyi, 2024–2025-ci tədris ilinə Milli Müdafiə Universitetinin Hərbi Kollecinə tələbə qəbulu davam edir.
ONN media xəbər verir ki, Bakı, Azərbaycan 2024 - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Milli Müdafiə Universiteti ölkəmizdə peşəkar hərbi mütəxəssislərin yetişdirilməsi və hərbi təhsil sisteminin orta ixtisas təhsil pilləsinin genişləndirilməsi məqsədilə hərbi kolleclər və müvafiq təhsil infrastrukturu təsis etmişdir. Müzəffər orduda xidmət edib peşə sahibi olmaq və liderlik qabiliyyətini inkişaf etdirmək istəyən gənclər üçün uğurlu seçimdir.
Kollec peşəkar hərbçilərin təhsilini və hazırlığını təmin etmək üçün dərin və müasir təhsil proqramı təklif edir. Yeni təhsil ocağında hərbi mütəxəssislərə öz sahələrində praktiki məşğələlər təmin etmək məqsədilə ətraflı tədris imkanları da təqdim edilir. Tədris zamanı yeni nəsil silah və hərbi texnika modellərindən, trenajorlardan müasir standartlara cavab verən tədris komplekslərindən, laboratoriyalardan, təlim mərkəzlərindən maksimum bəhrələnməklə təlim-tədris proseslərinin səmərəli təşkil edilməsi nəticəsində qabaqcıl texnologiyanın imkanlarından yüksək səviyyədə istifadə edilməsi təmin edilir.
Təhsil müddəti boyunca Hərbi Kollecin kursantlarına aşağıdakı aylıq ödəmələr təmin edilir:
• 100 manat məbləğində təqaüd
• 200 manat məbləğində ailə üzvlərinə maddi yardım
• 150 manat məbləğində hesabda yığılan ödəniş
Qəbul haqqında məlumat
Hərbi Kollec peşə sahibi olmaq istəyən bütün potensial gənclərə qapılarını açır. Qəbul qaydaları və tədris prosesi ilə bağlı ətraflı məlumat almaq üçün, mmu.edu.az veb-saytına daxil olun və ya 0811 qısa nömrəsinə zəng edin.



MN rəsmi məlumat yaydı
Azərbaycanda yeni hərbi universitet yaradıldı
MN rəsmi məlumat yaydı
NATO hərbi ekspertləri Bakıya gəldi
Azərbaycanda hərbi məktəblər Milli Müdafiə Universitetinin tabeliyinə verildi
İpoteka krediti olanlara ŞAD XƏBƏR
Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısına dəyişiklik edilib
Müdafiə Nazirliyi rəsmi məlumat yaydı
Vətən Müharibəsi Qəhrəmanı rəis təyin edildi
Ümumqoşun orduda yeni tədris ili başlayıb
Tələbə krediti almaq istəyənlərin nəzərinə!
Tələbə çağırışçılara möhlət... - Rəsmi açıqlama
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 