AMEA-nın sabiq prezidenti, Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) baş vermiş qanun pozuntusu faktları ilə bağlı cinayət işi başlanması barədə danışıb.
ONN media xəbər verir ki, o, bununla bağlı "Unikal"a açıqlama verib:
"Mənim heç nədən xəbərim yoxdur. Bununla bağlı mənimlə heç kim əlaqə saxlamayıb.
Məlumatsız olduğum üçün hazırda bu məsələlərlə bağlı çox danışa bilmərəm", - deyə o qeyd edib.
Xatırladaq ki, qeyd edilən faktlarla bağlı Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Qeyd edək ki, hesablama Palatasından daxil olmuş material əsasında Azərbaycan Milli Elmlər Akademiyasının fəaliyyətində aşkar edilmiş qanun pozuntuları ilə bağlı aparılmış araşdırma üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb. AMEA-nın 2020-2023-cü illərə dair fəaliyyəti üzrə təyin edilmiş audit yoxlamaları nəticəsində vəzifəli şəxslər tərəfindən külli miqdarda dövlət vəsaitinin təyinatı üzrə istifadə edilməməsi, habelə digər qanun pozuntularının törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Qeyd edilən dövrün əsas hissəsində isə AMEA-ya Ramiz Mehdiyev (2019-2022-ci illərdə) rəhbərlik edib.



AMEA-da nə baş verir?- Cinayət işi açıldı
İlqar Mustafayevin həbsi ilə bağlı açıqlama
Məhkəmə Vüqar Səfərli barədə QƏRAR VERDİ
Vüqar Səfərlinin mülklərinə HƏBS QOYULDU
“Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər” – ŞOK
Ramiz Mehdiyev bu şəxsi yüksək vəzifəyə təyin etdi
AMEA-dan Ramiz Mehdiyevlə bağlı SON DƏQİQƏ AÇIQLAMASI
SON DƏQİQƏ: Vüqar Səfərlinin sürücüsü də həbs olundu
Ramiz Mehdiyev onu işdən çıxardı
Ramiz Mehdiyevdən yeni təyinatlar
Qızına 400 minlik toy edən qalmaqallı məmurla bağlı YENİ XƏBƏR
Ramiz Mehdiyevə 3 gün vaxt verildi…
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 