Metronun "Azadlıq prospekti" stansiyasında vaqon qapılarına baxış keçirilməsi zərurəti yaranıb.
Bu barədə Bakı Metropoliteni QSC-dən bildirilib.
Maşinist problem müəyyən etməsə də, təkrar baxış zərurətinə görə qatar "Memar Əcəmi" stansiyasına sərnişinsiz yola salınıb. Dərhal əvəzinə qatar verilib. Nəticədə "28 May" stansiyasına qədər intervaldan əlavə 5 dəqiqə yubanma yaranıb.
***
Bakı metrosunun işində problem hələ də davam edir. Hazırda metronun “İnşaatçılar” stansiyasında qatarın 7 dəqiqədən artıq müddətdir ki, hərəkət etmədiyi bildirilib.
Məsələ ilə bağlı açıqlama verən QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov qeyd edib ki, bunun 2 əsas səbəbi olur:
“İnterval pozulanda depodan çıxan qatar "Nərimanov"dan "Dərnəgül"ə və geri qayıdana qədər tənzimləmə aparılır. Həmin qatar xəttə daxil olanda arxadan gələn qatarın toqquşmaması üçün sistem onu yubadır. Bir qatar hər hansısa sahəni tərk edəndən sonra, sahədən asılı olaraq, 1 və ya 2 dəqiqə arxadakı qatar ora daxil ola bilmir. Sistem imkan vermir (təxminən işıqforun qırmızı işığı kimi). İkinci səbəb odur ki, artıq 1 qatar xətdən çıxdısa, sıxlıq artır və qatar stansiyalarda 20-30 saniyə dayanırsa, bunun üzərinə sıxlığa görə 10-15 saniyə əlavə olunur. Beləcə, interval problemi olmasa da, qrafikdə yubanma yaranır. Nəticədə, 20 dəqiqəlik yolu bəzən 30 dəqiqədən də çox vaxta qət edirsiniz. Yağış və yerüstü sahədən əlavə təsirlərin olub-olmamasını yalnız monitorinqdən sonra deyə bilərəm. Əsas səbəb, istənilən halda, metroda yaranmış problemdir”.
QSC rəsmisi eyni zamanda qeyd edib ki, "Nizami-İnşaatçılar" sahəsində qatar bir stansiyanı tərk etməsə, digərindən qatar hərəkətə başlamır:
"Bu təhlükəsizlik məsələsidir. Məsələn, "Elmlər Akademiyası"nda qatar stansiyanı tərk etməsə, "Nizami"dəki stansiyada gözləyir. Metronun belə mürəkkəb sahələrində sıxlıqda qapıların vaxtında bağlanmaması halları artır. Yəni bir qatarın xətdən çıxması ilə yaranmış sıxlığın bir az da artmasının neqativ təsirlərində belə nümunələr də əlavə rol oynayır. Məsələn, belə halda "Dərnəgül" elektrik deposu olsaydı, əlavə qatarın oradan çıxması problemin dərinləşməməsinə təsir göstərərdi. Deponun inşasının başa çatması da xətlərin ayrılması layihəsinin tərkib hissəsidir. Köklü problem iki xəttin bir depodan asılı olmasıdır".



Bakı metrosunda gərginlik- Nə baş verdi?
Bakı metrosunda qatarda nasazlıq: sərnişinlər düşürüldü
Bakı metrosunda hadisə olub- Sərnişinlər düşürdüldü
Bakı metrosunda problem: sərnişinlər düşürüldü
Bakı Metrosunda problem - Sərnişinlər düşürüldü
Metroda sərnişinlər qatardan niyə düşürdüldü?
Səhər saatlarında metroda HƏYƏCANLI ANLAR - Qatarlar boşaldıldı
Bakı metrosunda qatarların hərəkətində gecikmə yaranıb - SƏBƏB?
Bakı metrosunda OLAY - Yeni qatars...
Bakı metrosunda hadisə olub- Sərnişinlər düşürdüldü
Bakı metrosunda HƏYƏCANLI ANLAR
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 