Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda diqqət yetirilən əsas məsələlərdən biri də imtahanlarda şəffaflığın təmin edilməsidir. Namizədlərin imtahanlarda bərabər şərtlər daxilində iştirakı, müvafiq qaydalara riayət edilməsinə nəzarət və həyata keçirilən digər tədbirlər iştirakçıların biliklərinin qiymətləndirilməsində obyektivliyin təmin edilməsinə yönəldilib.
DİM-dən verilən məlumata görə, mərkəz tərəfindən keçirilən imtahanlarda imtahan binasına giriş zamanı imtahan iştirakçılarının şəxsiyyəti müəyyən edilir. Burada əsas məqsədlərdən biri də imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş şəxsin əvəzinə başqa şəxsin imtahan binasına daxil olmasının qarşısını almaqdır.
Çox təəssüf ki, 27 oktyabr və 3 noyabr 2024-cü il tarixlərində taksi minik avtomobili sürücüləri üçün etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlığın nəticələrinin qiymətləndirilməsi üzrə keçirilən imtahanlarda 3 nəfərin başqasının yerinə imtahanda iştirak etmək cəhdi müəyyən olunub. Bu qayda pozuntusu hüquqi məsuliyyət yaradır və qanunvericiliklə adekvat tədbirlərin görülməsini tələb edir. Həmin şəxslər barəsində təqdim olunmuş məlumatlar əsasında hüquq mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.
Mərkəz tərəfindən əvvəlki illərdə keçirilmiş digər növ imtahanlarda – xüsusilə ali təhsil müəssisələrinə qəbul imtahanlarında bəzi abituriyentlərin əvəzinə başqa şəxslərin imtahan binasına daxil olmağa cəhd halları müəyyən edilmişdir. Nəzərinizə çatdırırıq ki, həmin faktlarla bağlı hüquq-mühafizə orqanları tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi başlanılmış və həmin şəxslər məsuliyyətə cəlb edilmişdir.
Mərkəz bir daha vətəndaşların nəzərinə çatdırır ki, belə məsələlərdə diqqətli olmalı, heç bir halda qanun pozuntusuna şərait yaradılmamalı və müəyyən insanların şirnikləndirici təkliflərinə məhəl qoyulmamalıdır. Bu sahədə mövcud qanunvericiliyin tələblərini pozan şəxslər barəsində müvafiq qurumlar tərəfindən ən ciddi tədbirlərin görülməsi təmin ediləcəkdir



Taksi sürücülərinin nəzərinə: 35 manat oldu
DİM: İmtahan iştirakçısı mobil telefonunu ayaqqabısının altında gizlətməyə cəhd göstərib
Taksi sürücülərinin imtahan vaxtı açıqlandı
Taksi sürücülərinin NƏZƏRİNƏ- Bu tarixdə...
Taksi sürücülərinin NƏZƏRİNƏ- Qeydiyyat bitir
Taksi sürücüləri üçün imtahan keçirildi
Dövlət qulluğuna hazırlaşanların DİQQƏTİNƏ
1400-ə yaxın sürücü imtahan verəcək
1415 taksi sürücüsü imtahan verəcək
Taksi sürücülərinin imtahanında iştirak etməyənlərin aqibəti necə olacaq?
Azərbaycanda taksi sürücüləri ilə bağlı VACİB YENİLİK
DİM abiturientlərə müraciət etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 