Kapitan İqor Kşnyakin, ikinci pilot Aleksandr Kalyaninov və baş stüardessa Hökumə Əliyeva təcili qəza eniş zamanı həlak olub, digər iki ekipaj üzvü stüard - Zülfüqar Əsədov və stüardessa Aydan Rəhimli sağ qalıb, onlar xəstəxanadadır. Mütəxəssislər sərnişinlərin həyatının xilas edilməsində onların rolunun danılmaz olduğunu vurğulayırlar.
Qeyd olunur ki, Aktauda qəzaya uğrayan Azərbaycan Hava Yollarına məxsus 8432 saylı reysin son dəqiqələri ilə bağlı təfərrüat ortaya çıxdıqca, getdikcə daha çox ekspert təyyarənin ekipajını qəhrəman adlandırır.
Mütəxəssislərin fikrincə, son ana qədər sərnişinləri xilas etmək üçün əlindən gələni edən pilotlar və stüardessalar həlledici rol oynayıblar.
Bildirilir ki, cümə axşamı Azərbaycan hökumət mənbələri qəzaya Rusiyanın yer-hava raketinin səbəb olduğunu təsdiqləyib:
“Daha sonra ”Röyters” aydınlaşdırıb ki, təyyarə Rusiyanın “Pantsir-S” zenit-raket kompleksi tərəfindən vurulub və onun rabitəsi Qroznıya yaxınlaşarkən elektron döyüş sistemləri tərəfindən iflic edilib.
Hökumət mənbələri vurğulayıblar ki, zədələnmiş təyyarənin pilotlarının təcili eniş istəklərinə baxmayaraq, Rusiya hava limanlarına enməsinə icazə verilməyib və Xəzər dənizi üzərindən Qazaxıstana doğru uçmaq göstərişi verilib. Alınan məlumatlara əsasən, təyyarənin GPS naviqasiya sistemləri bütün dəniz üzərində uçuş zamanı əngəllənib. Sağ qalan ekipaj üzvü 25 yaşlı Aydan Rəhimli Mangistau regional xəstəxanasındadır. O, şok vəziyyətindədir, onunla psixoloqlar işləyir. Onun həmkarı Zülfüqar Əsədov başından, kürəyindən, ayaqlarından və qollarından xəsarət alıb və həkim nəzarətindədir. Uçuş zamanı sərnişinin çəkdiyi videoda qəzada həlak olan baş stüardessa Hökümə Əliyevanın səsi eşidilir, o, təyyarə salonundakı sərnişinləri sakitləşdirməyə çalışır. İqor Kşnyakinə gəlincə, onun 15 000 saatdan çox uçuş təcrübəsi olub ki, bunun da 11 200 saatı ekipaj kapitanı olub.
Mütəxəssislərin fikrincə, o, birinci zabit Kalyaninovla birlikdə heyrətamiz pilotluq məharəti nümayiş etdirərək, vurulan təyyarənin Xəzər dənizindən keçərək Aktau hava limanının uçuş-eniş zolağından cəmi 3 kilometr aralıda təcili eniş etməsinə nail olub. Qəza yerinin və təyyarənin qalıqlarının videogörüntülərinə əsaslanaraq, aviasiya mütəxəssisləri belə qənaətə gəliblər ki, “Embraer 190”ın sol üfüqi stabilizatoru yəqin ki, qəlpələrlə deşilib və təyyarə öz hidravlik sistemlərinin əksəriyyətini, o cümlədən sükanı itirib.
Mütəxəssislər tərəfindən təhlil edilən video yazılar göstərir ki, pilotlar təyyarənin sürətini dəyişməyə məcbur olublar: sürəti əldə etmək üçün enmək, sürəti azaltmaq üçün isə qalxmaq.
Təyyarəni bu şəkildə idarə etmək cəhdləri “fuqoid” yırğalanma kimi tanınan amillə nəticələnib. Pilotların yumşaq eniş etmək imkanı olmadı, onlar təcili eniş etmək məcburiyyətində qaldılar”.



Hökumənin meyiti tapıldı
Sağ qalan sərnişin Hökümənin qəhrəmanlığından danışıb
İranda qəzaya uğrayan təyyarənin “qara qutusu” tapılıb
174 sərnişin olan təyyarə QƏZAYA DÜŞDÜ
Təyyarə qəzaya uğradı - 33 sərnişin...
Rusiya nəyi gözləyir?- Növbəti addım nə olacaq?
Tehranda qəzaya uğrayan təyyarə ilə bağlı YENİ MƏLUMAT
Təbrizdə hərbi təyyarə qəzaya uğradı, ölənlər var
Kapitan niyə sərnişinləri ön tərəfə toplayıb?
İsveçrədə hərbi təyyarə qəzaya uğradı
Pakistanda təyyarə qəzaya uğradı- 2 pilot öldü
Rusiyanın təyyarəsi təcili eniş etdi
Pakistanda şiddətli yağışlar- Ölənlər var
Peşə Təhsil müəssisələrinə qəbul başladı
Diqqət- Bu ərazilərdə işıq olmayacaq
Neftin son qiyməti açıqlandı
Ağdamda meşə yanğını baş verib
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi 