Artıq birmənalı olan odur ki, Azərbaycan təyyarəsini Rusiya hərbi qüvvələri vurub. Heç şübhəsiz ki, bu barədə Vladimir Putinə məruzə olunub. Ancaq nədənsə o, baş vermiş bu olayda Rusiyanın rolunu etiraf etməyə tələsmir.
ONN media xəbər verir ki, bu sözləri Avropada yaşayan jurnalist Elbəyi Həsənli Bakı-Qroznı reysini həyata keçirən AZAL-a məxsus təyyarənin Aktauda qəzaya uğraması haqda qeyd edib.
O bildirib ki, mülki təyyarənin səhvən vurulmasını başa düşür:
“Ancaq Rusiyanın vurulmuş mülki təyyarəyə acil eniş etməyə icazə verməməsi, üstəlik, Xəzər dənizində cinayətin izinin itməsi ümidi ilə məqsədli şəkildə təyyarəni Qazaxıstana yönəltməsi artıq cinayət əməlidir. Bunun məsuliyyəti tam fərqlidir. Yəni Rusiya səhvən vurduğu təyyarədəki mülki insanları öz bərbad imicini qorumaq məqsədi ilə bilərəkdən ölümə göndərib. Ən pis olanı budur!
Rusiyanın törətdiyi daha dəhşətli təyyarə qəzaları var. Bu olay həmin qəzaları yenidən gündəmə gətirəcək. Çünki Rusiya heç bir qəzaya görə məsuliyyəti öz üzərinə götürməyib. Onu da deyim ki, bu olaydan sonra Rusiyanın beynəlxalq səviyyədə təcrid olunması daha da dərinləşəcək. Rusiyaya qarşı total təbliğat daha da güclənəcək.
Rusiya çətin vəziyyətə düşüb. Həqiqəti etiraf edə bilmirlər. Susmaq da Rusiyanın əleyhinə işləyir”.
Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL-a məxsus təyyarə Aktauda qəzaya uğrayıb. Göyərtədə olan 67 sərnişindən 38-i ölüb, 29 nəfər sağ qalıb.
İlkin məlumata görə, təyyarəmiz Qroznı üzərində Rusiyanın “Pantsir S1” raketinin hədəfi olub, eyni zamanda radioelektron mübarizə sistemi təyyarənin elektron sistemini sıradan çıxarıb. Qroznı, Mahaçqala və Minvod areroportları enişə icazə vermədiklərindən, təyyarə Aktau hava limanına üz tutub
Rusiya nəyi gözləyir?- Növbəti addım nə olacaq?



Nalçik yaxındır, təyyarəni niyə Aktauya göndərdilər?
Təyyarəni ruslar vurub, sonra Xəzərdə batmağa “göndərib”?
Kapitan niyə sərnişinləri ön tərəfə toplayıb?
Rusiyanın daha bir döyüş təyyarəsi qəzaya düşdü
AZAL- ın təyyarəsi məcburi eniş edib
Sərnişindən şok sözlər: Qəzadan öncə partlayış oldu
Təyyarəmiz bu sistemlə vurulub?-İDDİA
Nazirlik: “Gürcüstanın hava məkanı Rusiya hərbi təyyarələri üçün bağlıdır”
Havada təhlükəli yaxınlaşma: iki ölkə gərginlik içində
ABŞ səfirliyindən müraciət: Ukraynanı dərhal tərk edin
Bakı-Moskva reysinin uçuş marşrutu dəyişdi
Donetskdə Rusiyanın qırııcısı vuruldu
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 