Ov obyektinə aid edilmiş vəhşi heyvanların yetişdirilməsi ilə bağlı təsərrüfat subyektlərinin vəzifələri müəyyən edilib.
Bununla bağlı Baş nazir Əli Əsədov “Azərbaycan Respublikasında ovçuluqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2004-cü il 30 sentyabr tarixli 147 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Qərar imzalayıb.
Qərarla “Ovçuluq haqqında” qanuna uyğun olaraq ov obyektinə aid edilmiş vəhşi heyvanların yetişdirilməsi ilə bağlı təsərrüfat subyektlərinin vəzifələri aşağıdakı kimi müəyyənləşib:
- heyvanlara təbiətdə yaşadığı biotopa uyğun şərait yaratmaq;
- heyvanları qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə cavab verən yem məhsulları ilə təmin etmək;
- heyvanların yaşına və cinsinə uyğun istifadə dərəcəsini tənzimləmək, onları baytarlıq və zootexniki xidmətlə təmin etmək;
- heyvanlar xəstəliyə yoluxduqda, onların yaşayış mühiti pisləşdikdə, məhv olmaq təhlükəsi yarandıqda və tələf olması hallarında Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (bundan sonra –
Nazirlik) məlumat vermək, xəstəliklərin profilaktikası və ləğvi üzrə kompleks tədbirlər həyata keçirmək;
- nəsilartırma və çoxalma dövrlərində heyvanların bioloji xüsusiyyətlərini nəzərə almaq;
- heyvanların il ərzində təbiətdə olan fəallıq və yuxu dövrlərini gözləmək;
- heyvanların təbiətdə olan cinsiyyət nisbətini və artım sürətini nəzərə almaq;
- heyvanlarla təmasda olduqda, yaşayış yerlərini dəyişdikdə, təhlükəsizlik qaydalarına və normalarına əməl etmək;
- heyvanlarla heyvanlar aləmindən istifadənin humanist prinsiplərinə uyğun rəftar etmək;
- yem məhsulları saxlanılan yerlərdə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə əməl etmək;
- heyvanların təbii birliklərinin bütövlüyünü pozmayan və istifadəsinə icazə verilməyən heyvan növlərinin qorunmasını təmin edən üsullarla heyvanlar aləmindən istifadə etmək;
- heyvan növləri saxlanılan və artırılan bütün obyektlərə, heyvanlar aləminin mühafizəsinə, istifadəsinə dövlət nəzarətini həyata keçirən Nazirliyin və Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələrini maneəsiz buraxmaq, onların qanuni tələblərini və qərarlarını vaxtlı-vaxtında yerinə yetirmək;
- heyvanlar aləminin obyektlərindən səmərəli istifadə etmək, heyvanların yaşayış mühitinin xüsusi fəaliyyət nəticəsində ekoloji vəziyyətinin pisləşməsinə yol verməmək, istehsalat proseslərini həyata keçirərkən təbiəti mühafizə qaydalarına riayət etmək;
- ovçuluq təsərrüfatlarına bitişik ərazilərin hüdudlarında heyvanlar aləmi obyektlərinin mühafizəsini həyata keçirmək, Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilmiş və xüsusi mühafizə olunan heyvan növlərinin mühafizəsi rejiminə əməl etmək;
- heyvanlar aləminin yaşayış şəraitinin pisləşdiyi hallarda nəsilartırma qabiliyyəti aşağı düşdükdə və heyvanların məhv olması təhlükəsi yarandıqda, heyvanlara və onların yaşayış mühitinə zərərli təsirin qarşısını almaq üçün preventiv tədbirlər görmək;
- dövlət ekoloji ekspertizasının müsbət rəyləri olmadan heyvanlar aləminin məskunlaşdığı ərazilərdə mikroorqanizmlərin yeni ştamlarının, bioloji aktiv maddələrin yaradılmasına, genetik dəyişilmiş orqanizmlərin yetişdirilməsinə və başqa biotexnoloji məhsulların istehsalına yol verməmək;
- heyvanların yaşadığı və qidalandığı ərazilərdə müəyyən edilmiş ekoloji təhlükəsizlik qaydalarına əməl etmək;
- heyvanların yaşayış mühitini, miqrasiya yollarını, qışlama yerlərini, nəsilartırma və çoxalma şəraitini qorumaq;
- Nazirliyin razılığı, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin elmi cəhətdən əsaslandırılmış rəyi olmadan Azərbaycan Respublikasının faunası üçün yeni olan heyvan növlərinin iqlimə uyğunlaşdırılmasına, artırılmasına və damazlıq bazasının yaradılmasına imkan verməmək;
- heyvanlar aləmi və ovçuluq fəaliyyətini tənzimləyən normativ hüquqi aktlarda nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.



Əli Əsədov qərar imzaladı
Əli Əsədov qərar imzaladı
Əli Əsədov qərar imzaladı
Əli Əsədovdan karantin rejimi ilə bağlı SƏRƏNCAM
Nazirlər Kabineti rəsmi məlumat yaydı- QƏRAR LƏĞV EDİLDİ
Əli Əsədov qərar imzaladı
Saxta kərə yağı istehsal edən şirkət aşkarlandı
Nazirlər Kabinetindən yeni qərar
Baş Nazirdən YENİ QƏRAR
NK bu quruma yeni səlahiyyət verdi
Əli Əsədov Şuşa ilə bağlı qərar imzaladı
Baş Nazir 22 il əvvəl qəbul edilən qərarı dəyişdirdi
Pakistanda şiddətli yağışlar- Ölənlər var
Peşə Təhsil müəssisələrinə qəbul başladı
Diqqət- Bu ərazilərdə işıq olmayacaq
Neftin son qiyməti açıqlandı
Ağdamda meşə yanğını baş verib
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi 