Azərbaycanın gömrük ərazisinə idxalına icazə verilən qida və yem məhsulları müəyyən edilib.
ONN media xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti qərar qəbul edib.
Qərara əsasən, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən xarici texniki normativ hüquqi aktların milli texniki normativ hüquqi aktlara ekvivalentliyi tanındıqda, bu texniki normativ hüquqi aktlara uyğunluğu təsdiq edilmiş müvafiq qida və yem məhsullarının Azərbaycan Respublikasının gömrük ərazisinə idxalına yol verilir.
Təqdim olunan məlumatlar əsasında Agentlik tərəfindən müvafiq xarici texniki normativ hüquqi aktın milli texniki normativ hüquqi aktla fərqli tələblərinin sanitar mühafizənin eyni və ya daha yüksək səviyyəsini təmin etməsinə dair araşdırma həyata keçirilir və nəticələrinə dair hesabat hazırlanır. Araşdırma ən geci 2 (iki) ay müddətində başa çatdırılmalıdır.
Araşdırma nəticələri əsasında xarici texniki normativ hüquqi aktın milli texniki normativ hüquqi aktla müqayisədə sanitar mühafizənin eyni və ya daha yüksək səviyyəsini təmin edib-etmədiyi müəyyənləşdirildikdə, Agentlik həmin texniki normativ hüquqi aktın ekvivalentliyinin tanınması və ya ekvivalentliyinin tanınmasından imtina edilməsi haqqında 10 (on) iş günü müddətində qərar qəbul edir və qəbul edilmiş qərar barədə 7 (yeddi) iş günü müddətində xarici səlahiyyətli quruma diplomatik kanallar vasitəsilə rəsmi məlumat verir.
Məlumatda ekvivalentliyin tanınması ilə bağlı qərarın qüvvəyə minməsi tarixi, ekvivalentliyin tanınmasından imtina edildikdə isə imtinaya əsas olmuş hallar qeyd olunmalıdır



Saxta kərə yağı istehsal edən şirkət aşkarlandı
Toyuq sexində iyrənc mənzərə
Taksi sürücülərinin nəzərinə: 35 manat oldu
Azərbaycanda 6 xəstəxanada pozuntular aşkarlandı - SİYAHI
Dənizkənarı Milli Parkı haqqında Əsasnamə təsdiq edildi
Azərbaycanda bu qida məhsulları təhlükəli hesab ediləcək
Bakı bulvarı ilə bağlı mühüm qərar
Nazirlər Kabinetindən bununla bağlı vacib qərar
Əli Əsədov yeni qərar imzaladı
Gömrük komitəsində işləmək istəyənlərin NƏZƏRİNƏ
Artıq bu limonadı içməyəcəksiniz
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 