"Caspian Marine Services B.V.” şirkətinin Azərbaycandakı filialı gəmilərinin Eritreyanın ərazi sularında saxlanılmasına münasibət bildirib.
Filialdan verilən açıqlamada deyilir ki, “CMS Pəhləvan”, “CMS İgid” və “CMS-3” gəmiləri sahibkarlıq fəaliyyəti çərçivəsində Əbu-Dabi limanına yola düşüb və müəyyən edilmiş marşrut üzrə səfərin Süveyş kanalından keçməklə həyata keçirilməsi nəzərdə tutulub.
"Gəmilərin riskli piratlıq qaynar nöqtələrdən keçməsi nəzərdə tutulduğu üçün təhlükəsizliyin təmin edilməsinə ehtiyac yaranıb, bu məqsədlə gəmilərin mühafizəsini təmin etmək sahəsində ixtisaslaşmış müvafiq şirkət ilə müqavilə bağlanılaraq, gəmilər hər bir gəmiyə 2 nəfər olmaqla, hərbiləşdirilmiş mühafizə qrupları ilə təmin edilib.
Noyabrın 7-də gəmilər Eritreyanın dəniz sahil xəttindən keçərkən hava şəraiti səbəbindən Eritreyanın ərazi sularına girməklə hərəkəti davam etdirmək qərarı verilib və gəmi kapitanları ərazi sularına daxil olmaqla bağlı məlumatın çatdırılması üçün Eritreyanın təhlükəsizlik və sahil mühafizəsi qurumları ilə VHF-16 beynəlxalq kanalı vasitəsilə əlaqə saxlanılmasına çalışıb, lakin cavab almayıb.
Noyabrın 7-si yerli vaxtla saat 10:06 radələrində gəmidən əldə edilmiş hesabata əsasən, hər üç gəminin 13°23'N, 042°39'E koordinatlarında Eritreya hərbi donanması xidməti tərəfindən saxlanıldığı məlum olmuşdur. Belə ki, Eritreya hərbi donanması xidmətinin tələblərinə uyğun olaraq, gəmilər hərəkət kursunu dəyişərək Eritreya hərbi donanmasının təyin etdiyi məntəqəyə gəlmişlər və lövbərə dayandıqdan sonra hərbi donanmanın nümayəndələri tərəfindən yoxlama prosesinə cəlb edilmişlər.
Qeyd edək ki, sözügedən gəmilərdə 18 Azərbaycan vətəndaşı və 6 əcnəbi vətəndaş olmaqla, ümumilikdə 24 nəfər mövcuddur.
Qeyd olunan məsələ ilə əlaqədar kapitanlar tərəfindən məlumat daxil olan kimi şirkətimiz tərəfindən elə həmin gün, 07.11.2024-cü il tarixdə Dövlət Dəniz və Liman Agentliyinə rəsmi qaydada müraciət edilmişdir. Daha sonra isə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə müvafiq qaydada müraciətlər olunmuş və məsələnin həlli ilə əlaqədar adı çəkilən qurumlar ilə sıx əməkdaşlıq çərçivəsində bütün işlər görülmüşdür.
Eyni zamanda qeyd edək ki, gəmilərin sığortalanmasını həyata keçirən sığorta şirkətinin səlahiyyətləri nümayəndələrinə və Böyük Britaniyanın müvafiq hüquq şirkətlərinə də müvafiq müraciətlər edilmiş və məsələnin həllinin tezləşdirilməsi üçün adı çəkilən təşkilatlar da əməkdaşlığa cəlb edilmişdir.
Aparılan danışıqların nəticəsi olaraq, Eritreya dövlətinin müvafiq qurumları ilə məsələnin həllinə nail olmaq üçün şirkətimiz tərəfindən səlahiyyətli nümayəndələr təyin edilmişdir və qeyd edək ki, hazırda yoxlamanın yekunlaşması və gəmilərin sərbəst buraxılması üçün müvafiq sənədləşmə prosesi tamamlanmaq üzrədir.
Qeyd edək ki, şirkətin səlahiyyətli nümayəndələri heyət üzvləri ilə daim sıx əlaqədədir və heyətin ərzaq təchizatı, eləcə də digər təchizat məsələlərində hər hansı problem mövcud deyil. Həmçinin heyət üzvlərinin öz yaxınları ilə vaxtaşırı əlaqə saxlaya bilməsi üçün bütün texniki imkanlar şirkət tərəfindən təmin edilmişdir", - açıqlamada bildirilib.



Rəsmi Bakı girov götürülən gəmi ilə bağlı nota verdi
Girov götürülən gəmilərlə bağlı daha bir RƏSMİ AÇIQLAMA
Azərbaycan gəmiləri girov götürülüb?
Türkiyə bu gəmilərə xəbərdarlıq etdi
Güclü küləklə bağlı gəmilərin limanlara giriş çıxışı məhdudlaşdırılıb
Hava şəraiti ilə bağlı daha bir XƏBƏRDARLIQ
Xəzərdə gəmilərin hərəkəti üçün təhlükə varmı? - Rəsmi açıqlama
Xəzərdə dalğanın hündürlüyü 8 metri keçəcək- XƏBƏRDARLIQ
Ukrayna taxılı ilk bu ölkəyə gedəcək
Dövlət Dəniz Agentliyi küləkli hava ilə bağlı təhlükəsizlik tədbirlərini gücləndirib
Rusiya gəmiləri “vuruldu” – Qara dənizdə HƏRƏKƏTLƏNMƏ
Dövlət Dəniz Agentliyindən hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
Pakistanda şiddətli yağışlar- Ölənlər var
Peşə Təhsil müəssisələrinə qəbul başladı
Diqqət- Bu ərazilərdə işıq olmayacaq
Neftin son qiyməti açıqlandı
Ağdamda meşə yanğını baş verib
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi 