ONN İnformasiya Agentliyi

“Şuşa”nın yanındakı bu məşhur restoranlar da sökülür

“Şuşa”nın yanındakı bu məşhur restoranlar da sökülür
9-01-2025, 14:11
Xəbər verdiyimiz kimi, Bakının Nərimanov rayonu ərazisində yerləşən məşhur “Şuşa” restoranı və ətrafındakı bir sıra obyektlər sökülür.
ONN media-nın əldə etdiyi məlumata görə, həmin ərazidə yerləşən “Green cafe”, “Bakı restoranı”, “Ciyərxana” kimi obyektlər də söküləcək.
Nərimanov RİH-dən bu barədə sorğumuza cavab olaraq bildirilib ki, bu, onların səlahiyyətində deyil.
Maraqlıdır ki, “Şuşa” restoranının sökülməsi haqda məlumatı Nərimanov RİH yaymışdı. Görünür, parkın yarısı Nərimanov İH-in “səlahiyyətinə” aiddir, yarısı yox!

Xatırladaq ki, ötən gün Nərimanov Rayon İcra Hakimiyyətindən verilən məlumatda “Şuşa” restoranının ərazisinin park statusu daşıdığı, buna görə restoranın söküldüyü bildirilmişdi.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png