Kliniki psixoloq, ekstrasens Zirəddin Rzayev yaxın günlərdə dəhşətli zəlzələ olacağı proqnozunu verib. Ekstrasens bu barədə Teleqram kanalında paylaşım edib.
“2021-ci ildən bu günə qədər zəlzələlərin olacağı proqnozunu verirdim. Eyni zamanda Türkiyədə baş verən dəhşətli zəlzələni də öncədən bildirmişdim. Çox təəssüf ki, 2025-ci il də bu siyahıdan kənar deyil. Bir həftə ərzində, xüsusilə də 23-24 yanvar tarixləri arasında zəlzələlər olma ehtimalı çox böyükdür. Əsasən də isti iqlimə sahib ölkələr daha çox risk altındadır”,- deyə o qeyd edib.
Bununla bağlı Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi ilə əlaqə saxlayıb.
Qurumun informasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı qeyd edib ki, zəlzələnin dəqiq proqnozu yoxdur:
“Dünyanın heç bir seysmoloqu, alimi zəlzələnin olacağı günü, ayı, saatı təyin edə bilməz. Hələ ki dünya seysmologiya elmi zəlzələnin dəqiq proqnozunu verə bilmir. Dünyanın hər yerində, xüsusilə də seysmoloji bölgələrdə hiss olunan, hiss olunmayan zəlzələr olur. Bu məlumatlar da mütəmadi olaraq paylaşılır ki, hər kəs görsün. Bir sözlə, falçılara şərh vermirik”



XƏBƏRDARLIQ: Yeni zəlzələlər gözlənilir
Azərbaycanda 7.5 ballıq zəlzələ olacaq?- ŞOK İDDİA
ŞOK İDDİA- Növbəti güclü zəlzələ İstanbulda olacaq?
Azərbaycanda zəlzələ oldu
Azərbaycanda yenə zəlzələ oldu- 5 BAL GÜCÜNDƏ
8 bal gücündə zəlzələ olacağı ilə bağlı yayılan məlumata RƏSMİ CAVAB
Azərbaycanda zəlzələ oldu
Seysmoloji mərkəz: Yenidən zəlzələ ola bilər
Zirəddindən Azərbaycanla bağlı ŞOK PROQNOZLAR - Koronavirus, zəlzələ və ...
Türkiyədəki zəlzələ ölkəmizdə təkrarlana bilər?
Xəzər dənizində zəlzələ oldu
Zəngilanda zəlzələ oldu
Neftin son qiyməti açıqlandı
Ağdamda meşə yanğını baş verib
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır? 