Son vaxtlar plastik əməliyyat nəticəsində həyatını itirənlərin sayı artdığı üçün aidiyyəti qurumlar məsələ ilə bağlı hərəkətə keçib. Çəpər əyriliyi əməliyyatı keçirdikdən dərhal sonra komaya düşən və nəticədə vəfat edən 30 yaşlı Nəzrin Mansurovanın başına gələnlər məsələ ilə bağlı narahatlıqları daha da artırıb.
Sözügedən məsələ plastik cərrahların lisenziya mövzusunu təkrar gündəmə gətirib. Bir müddət əvvəl Səhiyyə Nazirliyi 31 yanvara qədər plastik cərrahlardan nazirliyə sənəd təqdim etmələri üçün vaxt vermişdi. Həmin həkimlərə verilən son tarix artıq başa çatıb.
Prosesin nəticəsi nə olacaq? Məsələ ilə bağlı müsbət irəliləyiş gözlənilirmi?
ONN media xəbər verir ki, Globalinfo.az-a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla deyib ki, bu işlər dünya səviyyəsində və beynəlxalq standartlara uyğun görülürsə, mütləq başqa bir akreditasiya qurumu yaradılmalıdır:
“Akreditasiya qurumu həkimlərin sənədlərini alır, yoxlayır və ona bir müddət lisenziya verir. Məsələn, həkimlər 3-5 il müddətinə lisenziya alırlar. Müddət məsələsi ayrı-ayrı ölkələrdə fərqli tənzimlənir. Beləliklə də həmin lisenziya əsasında həkim fəaliyyət göstərir. Təyin olunan vaxt bitdikdən sonra müraciətlər yoxlanılır və verilən müddət yenidən uzadılır. Dünyada qayda belədir və biz də bu yolla getməliyik”.
Adil Qeybulla bildirib ki, ölkədə “sertifikat imtihanı” deyilən bir biabırçı vəziyyət var:
“Məsələn, Azərbaycan Tibb Universitetinin professorları gedir, imtahan verir. Halbuki onlar həmin imtahanlarda yazılan suallarla bağlı tələbələrə dərs keçirlər. Ölkədə bu cür biabırçı vəziyyət yaranıb. İlk növbədə bunu aradan qaldırmaq, sonra dünyada olduğu kimi akreditasiya sistemini qurmaq lazımdır. Belə olduğu təqdirdə müsbət nəticə görəcəyik. Qurum yarandıqdan sonra onun özünün də standartları və məsuliyyəti olur. Sertifikat imtahanını da ləğv etmək lazımdır. Çünki həmin imtahan həkimlərə qarşı təhqirdir. Bununla bağlı Prezidentin fərmanı var və əməl etmək lazımdır



Siz bu torpaqlara heç vaxt sülh gətirməmisiz – Cavid İSMAYIL yazır
Komaya düşən Nərmin vəfat etdi
“Burda mənəm, Bağdadda kor xəlifə” deyənlərə... – Cavid İSMAYIL yazır
Nə qədər ki, yer üzündə zülm, ədalətsizlik, haqsızlıq var.... CAVİD İSMAYIL YAZIR
Ölümün üzünə gülən körpə - Cavid İSMAYIL yazır
Komaya düşən qızla bağlı araşdırma başladı
28 yanvar Həsənəli xan Qaradağinin doğulduğu gündür
Xaçpərəstlərin hüquqi ittifaqı yenə öz ampluasındadır
Kimlər plastik cərrah işləyə bilər? - AÇIQLAMA
Nəzrinin ölümünə görə həbs edilən həkim barədə qərar verildi
Plastik qablardan istifadə QADAĞAN EDİLDİ - 1300 MANAT CƏRİMƏ
Cərrahlarla bağlı yoxlamalar başlayır
Neftin son qiyməti açıqlandı
Ağdamda meşə yanğını baş verib
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır? 