Əfəndilər! Heç birimizə sirr deyil ki, dünyaya satılmaq üçün gələn ermənilər bütün dəyərlərdən uzaqdırlar. Tarixən böyük maraqların şahmat taxtasında “peşka” olan ermənilər, sahibləri göstəriş verən kimi daim üzərimizə gəlmiş və başımıza ən qəddar hadisələr açmışlar.
Bu dəfə də belə oldu. 44 günlük Şərəf savaşımız zamanı da tarix təkrarlandı. Qəhrəman ordumuzun qarşısında tab gətirməyən ermənilər yenə də əli silahsız, dinc adamlarımıza raket tuşladılar. Onlar Bərdə, Tərtər, Gəncə və digər ərazilərdə savaş xəttindən uzaq olan dinc şəhərlərimizi raket atəşinə tutaraq uşaq, qadın, qoca demədən dinc insanlarımızı amansızcasına qətliam etdilər.
Təkçə Gəncə şəhərini savaş zamanı 5 dəfə müxtəlif tarixlərdə raket atəşinə tutdular.
Bu qanlı terror hücumunun biri 11.10.2020-ci il tarixində gecə saat 2 radələrində baş tutdu. Skat tipli raketlə insanlar yatdığı yerdə yaşayış massivinə atılan raket zərbəsindən evlər darmadağın oldu və həmin terror zamanı 9 nəfər canımızdan can aldılar və 35 nəfər yaraladılar.
Şəhid və yaralı olan vətəndaşlarımızın arasında uşaqlar, qadın və qocalar da vardı.
Bəli, bu əsl erməni mənfur xislətinin tarixi kökünə bağlı olmasının növbəti subutu idi.
Onlar dinc əhalini raket atəşinə tutmaqla güya ki, insanlarımızı qorxutmaq, insanlarımız arasında çaşqınlıq salmaq və bununla da daxildə narahatçılıq yaratmaq istəyirdilər. Həmin dönəmdə qəhrəman Gəncəmizin igid oğullarından birinin verdiyi müsahibədə cümləsi yadıma düşür “ermənilər anlamalıdır ki, biz qan görəndə naaborot qızışıyoruz!” Bəli! Qəhrəman Azərbaycan xalqını öz torpaqlarını azad etməyə heç kim və heç nə mane ola bilməzdi və ola da bilmədilər. Qəhrəman gəncəlilər əksinə həmin hadisələrdən sonra daha da sel kimi müqəddəs Savaşda cəng etmələri üçün axın etdilər. Onlar axıra qədər Ali Baş Komandanının və Qəhrəman ordunun yanında olmaqlarını bəyan etdilər.
Həmin terror zamanı üz - gözü qan içində dağıntıların altından çıxarılan körpə Bəxtiyarı bütün dünya gördü. Terrordan dərhal xilas edilən üzündən qan axan bu körpənin gülüşü bizim gücümüzə güc verdi və daha da qürurlandırdı. Düşmənləri isə təbii ki, məyus etdi. Qəhrəman Bəxtiyar qanlar içində olmasna baxmayaraq o gülüşü üzərimizə ölüm yağdıran erməni və onların havadarlarına sarsıdıcı cavab oldu. Bu gülüş düşmənlərə “BİZ ÖLÜMÜN ÜZÜNƏ GÜLƏN XALQIQ!” verilən ismarıc idi.
Dünya özünü korluğa vursa da, bu körpə Türk oğlunun qanlar içində gülümsəməsindən erməni və havadarları anladılar ki, bu xalqın nə qədər ki, Bəxtiyar kimi övladları var, BU VƏTƏN YENİLMƏZDİR! MƏĞRURDUR! VƏ DAİMA QALİBDİR.



Gəncədə ölənlərin sayı 13-ə çatdı, 40-dan çox yaralı var
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan bir il ötür
Ermənistan Bərdəyə raket atdı: ÖLƏNLƏR VAR
Ermənilər Şəmkirin və Bərdənin kəndlərini raket atəşinə tutur - YENİLƏNDİ
Bayramov: "Bərdəyə raket hücumunun günahkarları məsuliyyətə cəlb edilməlidir"
Ermənilər Tərtəri “Smerç”lə atəşə tutdu
Ermənilər Şəmkirin və Ağdamın kəndlərini raket atəşinə tutur - TƏCİLİ
Düşmən Gəncə şəhərinə 7 raket atıb - RƏSMİ
Rusiya yenə Ukraynanı raket atəşinə tutdu
ABŞ-da CNN qarşısında aksiya keçirildi
Gəncədə törədilən növbəti terrordan 2 il ötür
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 