“Heç bir vətəndaş ictimai-siyasi həyata biganə qalmamalıdır”- ümummilli lider Heydər Əliyev.
Əfəndilər, hər birimizə bəllidir ki, neçə aylardır dövlətimiz məlum pandemiya səbəbindən hər gün milyonlarla manat vəsait itirir. Cənab prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, bizim üçün əsas məsələ insanlarımızın sağlamlığı, insanlarımızın həyatıdır.
Dəfələrlə mütəxəssislərin rəylərinə əsasən müəyyən edilən qaydalara uyğun olaraq cənab prezidentin özü maska taxıb və qapalı yerlərdə maskada olmağın vacibliyini vurğulayıb. Doğrudur, indi insanlarımızın əksəriyyətinin maskadan istifadə etdiyini müşahidə edirik. Lakin dəfələrlə diqqətimi çəkən bir məsələ olub ki, bunu da hər zaman qeyd etmişəm.
Nazirlər Kabineti müəssisə və təşkilatlar üçün xüsusi iş rejimi müəyyən edib. Bu qaydalara əsasən ara məsafəsi qorunmalı, dezinfeksiya məhlullarından istifadə edilməli, iş yerlərinə daxil olan işçilərin hərarəti ölçülməli, yaş məhdudiyyəti, qrafiklə iş rejimi və s.təmin olunmalıdır. Məsələ ondadır ki, sosial şəbəkələrdə bir sıra idarə və təşkilatlarda müəyyən edilmiş xüsusi qaydalara əməl edilmədiyi mütəmadi işıqlandırılır. Ən acınacaqlısı və mən deyərdim faciəlisi odur ki, bu sırada dövlət təşkilatlarına da rast gəlinməkdədir. Elə bu baxımdan da sual doğur ki, Nazirlər Kabinetinin konkret bu tapşırığının icrasına hansı qurumlar nəzarət etməlidir? Dövlətimizin milyonlar itirməsi müqabilində insanların sağlığı ilə oynayan və ya dövlətin qayda – qanununa barmaqarası baxan, dövlət başçısının tapşırıqlarına əməl etməyən bəzi idarə və təşkilat rəhbərlərindən kim hesab soruşacaq? Düşünürəm ki, bu mexanizm mütləq qurulmalı və nəzarət edilməlidir. Yoxsa heç bir işə yaramayan, hələ də “burda mənəm, Bağdadda kor xəlifə” prinsipi ilə yaşayan bəziləri nə dövlətin qərarlarını sayır, nə də ki, dövlət başçısının tövsiyyələrinə əməl edirlər.
Eyni zamanda mənə maraqlıdır, dövlət başçısı insanlara publik qaydada hansısa tövsiyələr verdiyi halda bəzi müəssisə və təşkilat rəhbərləri tabeçiliklərində olan kollektivdə prezidentin sözlərinin əksinə qərarlar qəbul etməklə görəsən ölkə başçısına, hökümətə və cəmiyyətimizə hansı ismarıcı vermək istəyirlər?
Təbii ki, mənim anlamımda belələri öz xislətlərinin əsiri olaraq əks addım atmaqla dövlətin ümumi işinə xələl gətirmiş olurlar. Və belə hərəkətlərin hədəfi Vətəndir!
Əfəndilər, əslində belə hallara göz yummaqla biz də günah işlədirik. Özlərini mütləq hakim hesab edən belələrini ifşa etmək, cənab prezidentin cağırışına qoşulmaq lazımdır. “Məmur özbaşınalığını mənə bildirin…” prezident İlham Əliyev.
Özlərini “Bağdadda kor xəlifə” hesab edənlərə sözüm isə budur, sizi nə bu Vətən, nə insanlarımız, nə hökümət, nə də ki cənab prezident bağışlamayacaq!
Cavid İSMAYIL



Əfəndilər, VƏTƏN bizə əmanət! – Cavid İSMAYIL yazır
DİN-dən əhaliyə daha bir xəbərdarlıq
Maska taxmamağa görə cərimələr artırılır? - AÇIQLAMA
Şəhidlərimizin qırxı çıxmadan toy edənlər, sizə deyirəm! – Cavid İSMAYIL yazır
DİN maska ilə bağlı əhaliyə müraciət etdi
DYP vətəndaşlara maska ilə bağlı müraciət etdi
Ramiz Alıyev: "Bu hal ölkə Prezidentinin qətiyyətini və Azərbaycan polisinin gücünü göstərdi"
İlham Əliyev tibbi maska taxdı
”Bölgələrdə və Bakıda karantin rejimi yenidən sərtləşdirilir?”- AÇIQLAMA
Başçının diqqəti və fikri hansı səmtdədir? – Cavid İSMAYIL yazır
10 manat və AZAL ... - Cavid İSMAYIL yazır
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 