Dekabrda qəzaya uğrayan AZAL təyyarəsi Rusiyanın "Pantsir-S" raketi ilə vurulub.
ONN media xəbər verir ki, bu barədə "Röyters" agentliyi Azərbaycan hökumətindəki mənbələrinə istinadən məlumat yayıb.
Məlumata əsasən, Azərbaycan hökumətindəki mənbə çərşənbə axşamı agentliyə bildirib ki, dekabr ayında Rusiyadan Qazaxıstana yönləndirildikdən sonra qəzaya uğrayan Azərbaycan sərnişin təyyarəsi Rusiyanın "Pantsir-S" hava hücumundan müdafiə sistemi ilə vurulub.
"Azərbaycan tərəfində təyyarədən çıxarılan və beynəlxalq ekspertiza nəticəsində müəyyən edilmiş "Pantsir-S" raketinin fraqmenti var”, - mənbə bildirib.
Qeyd edək ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi 2024-cü il dekabrın 25-də Qroznıda Rusiya HHM sistemi vasitəsilə vurulub. Enişinə icazə verilmədiyindən Qazaxıstana üz tutan təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb



AZAL təyyarəsi ilə bağlı Qazaxıstandan cavab verildi
Təyyarə qəzası ilə bağlı ilkin hesabat verildi
Ekipaj qəza ilə bağlı siqnal göndərib, qəbul etməyiblər - AZAL
Ermənistan Rusiyaya uçuşları dayandırır?
Təyyarə qəzasının ilkin nəticələri nə vaxt bilinəcək?
Rusiyadan təyyarə qəzası ilə bağlı yeni məlumat
Hökumə və pilotlar II Fəxri xiyabanda dəfn olunacaq
XİN adından elə bir xəbər yayıldı ki...
Daha bir aviaşirkət Rusiyaya uçuşu dayandırdı
Rusiya nəyi gözləyir?- Növbəti addım nə olacaq?
Təyyarə məhz bu ərazidə vurulub?
Putin yenidən İlham Əliyevə zəng etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 