Burun əməliyyatından sonra vəfat edən Nəzrin Mansurovanın atası Aydın Abışzadənin səhhətində problem yaranıb.
ONN media Unikal.az-a istinadən xəbər verir ki, o, infarkt keçirib.
Məsələ ilə bağlı açıqlama verən Aydın Abışzadə məlumatı təsdiqləyib:
"Bir neçə gün əvvəl infarkt keçirtdim. İki gün xəstəxanada qaldım. "Anju" etdilər, stent qoydular. Əməliyyat olunmağımı istədilər, amma mən razılıq vermədim. Şükür Allaha, indi vəziyyətim normaldır.
Nəzrinin ölümündən sonra ürəyim dözmədi. Sanki ürəyim partladı".
Xatırladaq ki, yanvarın 12-də 1995-ci il təvəllüdlü Bakı şəhər sakini Nəzrin Aydın qızı Mansurovanın müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılıb.
İlkin araşdırma zamanı Nəzrin Mansurovanın yanvarın 3-də paytaxtın Nəsimi rayonu ərazisində yerləşən klinikalardan birində septoplastika əməliyyatı edilməsi, əməliyyatdan qısa müddət sonra vəziyyəti kəskin ağırlaşdığı üçün müalicə məqsədilə yerləşdirildiyi xəstəxanada ölməsi müəyyən edilib.
Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Əməliyyatı həyata keçirən həkim Sənan Mehdiyev həbs olunub.



Nərminin ölümü ilə bağlı məlumat yayıldı
Nəzrinin ölümünə səbəb olan həkim saxlanıldı
Nəzrinin ölümünə səbəb olan həkim həbs edildi
Nəzrinin ölümünə görə həbs edilən həkim barədə qərar verildi
Komaya düşən Nərmin vəfat etdi
Komaya düşən qızla bağlı araşdırma başladı
Nəzrinin həyat yoldaşı ilk dəfə danışdı
İki dəfə toyu təxirə düşən Xalq artistinin qızı nişanı qaytardı
Tanınmış müğənni infarkt keçirtdi
Xalq artisti infarkt keçirdi - Vəziyyəti ağırdır
Məşhur müğənninin atası infarkt keçirdi
Heydər Əliyev prospektində dəhşətli hadisə - 10 yaşlı qız öldü
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 