Bakıda burun əməliyyatı zamanı vəfat edən Nəzrin Mansurlunun ölüm faktı ilə bağlı əməliyyatı həyata keçirən həkim Sənan Mehdiyev saxlanılıb.
ONN media xəbər verir ki, Sənan Mehdiyev Nəsimi Prokurorluğunda davam edən cinayət işi çərçivəsində şübhəli şəxs qismində saxlanılıb.
Onun 48 saat ərzində məhkəmə qarşısına çıxarılması gözlənir.
Sənan Mehdiyevə Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.
Qeyd edək ki, bu il yanvarın 12-də 1995-ci il təvəllüdlü Bakı şəhər sakini Mansurlu Nəzrin Aydın qızının müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı Nəsimi rayon prokurorluğunda araşdırma aparılıb.
İlkin araşdırma zamanı Nəzrin Mansurlunun yanvarın 3-də paytaxtın Nəsimi rayonu ərazisində yerləşən klinikalardan birində rinoplastika əməliyyatı edilməsi, əməliyyatdan qısa müddət sonra vəziyyəti kəskin ağırlaşdığı üçün müalicə məqsədilə yerləşdirildiyi xəstəxanada ölməsi müəyyən edilib.
Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır. İş üzrə müvafiq ekspertizalar təyin edilərək zəruri prosessual hərəkətlər icra olunur



Nərminin ölümü ilə bağlı məlumat yayıldı
Komaya düşən Nərmin vəfat etdi
Komaya düşən qızla bağlı araşdırma başladı
Cəlilabadda qətl - Özündən 23 yaş kiçik gənci öldürdü
Uşaqlarını görməyə gedən atanın ölümü ilə bağlı rəsmi açıqlama
Azərbaycanda ginekoloqa elektron qolbaq taxıldı
Bakıda DƏHŞƏT- Betonqarışdıran maşın xəndəyə düşdü və...
Elina Hacıyevanın ölümü ilə bağlı iş ALİ MƏHKƏMƏDƏ
Bakıda çoxmərtəbəli binada dəhşətli hadisə - 19-cu mərtəbədən yıxılıb öldü
Dəm qazı daha bir can aldı
Azərbaycanda 55 yaşlı kişini döyüb öldürən gənc MƏHKƏMƏ QARŞISINDA
Tibb bacısı faciəvi şəkildə həyatını itirdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 