2025-ci il yanvarn 1-dən viza tələb olunmayan qaydada Azərbaycan Respublikasına gələn Rusiya Federasiyası vətəndaşlarının və Rusiya Federasiyasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti bir təqvim ili ərzində 90 gün müəyyən edilib.
Qanunvericiliyin tələblərinə əməl edilməsi, eyni zamanda, Rusiya Federasiyası vətəndaşlarının ölkəyə səfərlərinin planlaşdırılmasında rahatlığın təmin olunması məqsədilə Dövlət Miqrasiya Xidməti tərəfindən bir təqvim ili ərzində ölkədə istifadə edilməmiş müvəqqəti olma müddətinin hesablanması üçün Xidmətin rəsmi internet səhifəsində "Müvəqqəti olma müddətini yoxla" adlı elektron kalkulyator istifadəyə verilib.
Təqdim edilən elektron yenilik vasitəsilə Azərbaycana viza tələb olunmayan qaydada səfər edən Rusiya Federasiyası vətəndaşları cari təqvim ili ərzində ölkə ərazisində istifadə edilməmiş müvəqqəti olma müddətlərini onlayn qaydada yoxlaya biləcəklər.
Bunun üçün Xidmətin rəsmi internet səhifəsində "Müvəqqəti olma müddətini yoxla" bölməsinə keçid edilərək, açılan pəncərədə cari təqvim ili ərzində şəxsin ölkəyə giriş-çıxış tarixlərini (ardıcıl olaraq) əlavə etmək tələb edilir. Sorğu göndərildikdən sonra cari təqvim ili ərzində ölkə ərazisində istifadə edilməmiş müvəqqəti olma müddətinin günlərinin sayı real vaxt rejimində istifadəçilərə təqdim olunur.
Ətraflı məlumat üçün Dövlət Miqrasiya Xidmətinin (012) 919 Çağrı Mərkəzinə, rəsmi sosial şəbəkə hesablarına ("Facebook", "Instagram") və ya İctimaiyyətlə Əlaqələr İdarəsinə [email protected] e-maili vasitəsilə müraciət edə bilərsiniz.



Rusiya vətəndaşları ilə bağlı yeni qərar
Azərbaycanda yaşayan əcnəbilərə XƏBƏRDARLIQ
Rusiya bunu sərtləşdirdi, Bakının cavabı belə olacaq - Rəsmi
Azərbaycanda müvəqqəti yaşayan əcnəbilərlə bağlı YENİ QƏRAR
Əcnəbilərin Azərbaycanda qalma müddəti uzadılır
DMX əcnəbilərə müraciət etdi
Miqrasiya Xidmətindən əcnəbilərə müraciət
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər evdən çıxma icazəsini necə almalıdır?
Azərbaycanda nə qədər əcnəbi yaşayır?
Bu müraciətlərə ASAN Xidmət baxacaq
Çin vətəndaşları Azərbaycana necə gələcək?
Rusiya İran vətəndaşlarını ölkəyə buraxmadı – Qərar
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır?
Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi
Sürücülük vəsiqəsi ilə bağlı YENİLİK 