2025-ci ildə Qarabağ və Şərqi Zəngəzurda bir sıra güzəştlər və təşviqlər tətbiq olunacaq.
ONN media-nın məlumatına görə, bu güzəştlər Qarabağ və Şərqi Zəngəzurun sürətli inkişafına, iqtisadiyyatın diversifikasiyasına və yerli əhalinin sosial rifahının yüksəldilməsinə xidmət edəcək.
Bəs hansı güzəştlər tətbq ediləcək? İşğaldan azad olunmuş ərazilərlə bağlı yeniliklər nədən ibarət olacaq?
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin və Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov BAKU.WS-ə bildirib ki, işğaldan azad olunmuş ərazilərimizdə uzunmüddətli güzəştlər tətbiq olunur. Artıq 10 il müddətində işğaldan azad olunmuş ərazilərimizdə vergi güzəştlərinin tətbiqinə başlanılıb:
"Praktik olaraq həmin ərazidə çalışan şirkətlər demək olar ki, bütün vergilərdən azaddır və vergi güzəştlərindən istifadə etməklə daha çox sərmayənin cəlb edilməsi hədəflənir.
Eyni zamanda, həmin ərazidə çalışan vətəndaşlarımız üçün həm birdəfəlik 600 manat müavinət, həm də onların sosial haqlarının dövlət tərəfindən kompensasiya edilməsi kimi güzəştlər var. Bu da həmin ərazilərə işçilərin cəlb edilməsi baxımından vacib yanaşmalardan biridir. Nəticədə daha çox məşğulluğunun təmin edilməsi məqsədi daşıyır.
Azad olunmuş ərazilərimizdə mütəmadi olaraq əmək yarmarkalarının keçirilməsini də müşahidə edirik. Eyni zamanda biznesin cəlb edilməsi ilə bağlı işlər intensivləşib. Təbii ki, məskunlaşan vətəndaşlarımızın sayının artması həmin ərazilərimizdə daha çox istehlakçının olması anlamına gəlir. İstehlakçıların sayının artması da biznesin həmin ərazilərimizə sərmayə qoyuluşunu təşviq edir.
Məskunlaşma intensivləşdikcə daha çox sərmayənin Qarabağ və Şərqi Zəngəzura yönəldilməsini müşahidə edəcəyik. Eyni zamanda 2025-ci ildə işğaldan azad olunmuş ərazilərimizdə intensiv məskunlaşma davam edəcək. Ağdam şəhəri daxil olmaqla, bir sıra yaşayış məntəqələrimizdə məskunlaşma həyata keçiriləcək. Bu il Qarabağ və Şərqi dövlət büdcəsindən ən azı 4 milyard manat vəsait xərclənəcək. 2026-cı ilin növbəti ilin sonunadək işğaldan azad olunmuş ərazilərimizdə 140 min vətəndaşımızın məskunlaşacağı gözlənilir".
Qeyd edək ki, azad edilmiş ərazilərdə məskunlaşmış bütün vətəndaşlarlar peşə təhsil müəssisələrində təhsil aldıqda güzəştlər onlara da şamil olunacaq. Bununla bağlı Milli Məclisdə "Təhsil haqqında" və "Peşə təhsili haqqında" qanunlarında dəyişiklik edilməsi ilə bağlı layihə müzakirəyə çıxarılıb



Çoxuşaqlı ailələrə güzəşt tətbiq olunacaq
Bu şəxslər maaşlarından əlavə 600 manat alacaqlar
Vergi ödəyicilərinə hansı güzəştlər ediləcək? - RƏSMİ AÇIQLAMA
Müalicə xərcləri ilə bağlı yeni güzəştlər müəyyənləşir
Bu sahələr ƏDV-dən azad edildi
ƏDV ilə bağlı daha bir yenilik
Dövlətdən pul almaq istəyənlərin NƏZƏRİNƏ - 5 günə veriləcək
İşğaldan azad olunmuş ərazilərdəki əhalinin sayı AÇIQLANDI
İlham Əliyev bu şirkətləri Qarabağa dəvət etdi
Tələbə təhsil kreditləri ilə bağlı güzəştlərin DETALLARI AÇIQLANDI
Aİ-92 benzini ilə bağlı qərarın hansı təsirləri olacaq?
Prezidentdən çörəklə bağlı VACİB SƏRƏNCAM
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır?
Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi
Sürücülük vəsiqəsi ilə bağlı YENİLİK 