Sosial xarakterli güzəştlər vasitəsilə əhalinin maliyyə (vergi) yükünün azaldılması məqsədilə Vergi Məcəlləsində dəyişikliklər edilərək, mövcud güzəştlər sisteminə yenidən baxılıb. Bir sıra güzəştlərin tətbiq müddətləri uzadılıb, bəzi güzəştlərin tətbiq dairəsi genişləndirilib, həmçinin yeni güzəştlər əlavə edilib. ONN media Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, sözügedən dəyişikliklərə əsasən, quş əti satışının ƏDV-dən azadolma müddəti daha 4 il müddətinə uzadılıb, habelə heyvan ətinin satışı 4 il ərzində ƏDV-dən azad edilib. Fiziki şəxslər tərəfindən vergidən azad olunmaqla təqdim edilən yaşayış sahəsində azı 5 il ərzində yaşayış yeri üzrə qeydiyyatda olma müddəti 3 təqvim ilinə endirilib. Bundan başqa, fiziki şəxslərin xüsusi mülkiyyətində olan yaşayış sahələrinin təqdim edilməsi zamanı yaşayış sahəsinin 30 kvadratmetrlik sahəsi istisnasız olaraq vergidən azad edilib. Peşə təhsili müəssisələri üçün dərslik komplektlərinin istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti ƏDV-dən azad olunub. Mövcud güzəştlər sisteminə daha bir maddə əlavə olunub. Belə ki, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 30 faizi həmin fiziki şəxslərə geri qaytarılacaq.
Bu sahələr ƏDV-dən azad edildi



Prezidentdən çörəklə bağlı VACİB SƏRƏNCAM
Bu müəssisələrə vergi güzəşti tətbiq ediləcək
Evini satmaq istəyənlərə böyük jest
Vergi ödəyicilərinə hansı güzəştlər ediləcək? - RƏSMİ AÇIQLAMA
Çörəyin bahalaşmasına nə təsir göstərir?
Sökülmüş evlərin sahiblərinə ediləcək güzəştlər - Yeni qanun layihəsi
Bu məhsulun istehsalı və satışı vergidən azad olunur
Buğda idxalı ƏDV-dən azad edildi - Bu zamana kimi...
Media subyektləri gəlir, mənfəət və sadələşdirilmiş vergidən azad edildi
Vergi ödəmələrinin vaxtı uzadıldı - BU SAHƏLƏR ÜZRƏ
Əmlak vergisi necə hesablanır? - QAYDA
Azərbaycana gətirilən hibrid avtomobilləri vergidən azad edilir
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 