Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli yalnız 6 il tibb təhsili alan və əlavə olaraq 4 il rezidentura keçən şəxslərin həkim-fizioterapevt hesab edilə biləcəyini açıqlayıb. O vurğulayıb ki, sadəcə 4 il bakalavr təhsili alan şəxslər həkim deyil, fizioterapist-reabilitoloqdur və müalicə fəaliyyəti ilə məşğul ola bilməzlər.
Bu kontekstdə diqqət çəkən məqamlardan biri də “Yeni Klinika”nın rəsmi saytında (yeniklinika.gov.az) 4 illik bakalavr təhsili alan bəzi fizioterapistlərin adlarının qarşısında “dr” yazılmasıdır. Eyni zamanda, saytda həmin mütəxəssislərin vəzifəsi “fizioterapevt” kimi qeyd edilib.
Məsələ ilə bağlı “Yeni Klinika”nın ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova açıqlama verərək məsələnin texniki xarakter daşıdığını bildirib.
“Saytımızda fizioterapiya şöbəsində çalışan bəzi mütəxəssislərin vəzifə və təhsil göstəriciləri ilə bağlı texniki qeyri-dəqiqlik aşkarlanıb. Məsələ ilə bağlı artıq müvafiq addımlar atılaraq, saytın texniki dəstəyini təmin edən şirkətə dəyişkliklər barədə məlumat verilib. Bildirmək istəyirik ki, ən qısa zamanda düzəlişlər saytda öz əksini tapacaq. Klinikamız şəffaflıq və yüksək səhiyyə standartlarını daim nəzarətdə saxlayır”, - o deyib.
Qeyd edək ki, səhiyyə sahəsində ixtisas və vəzifə uyğunluğunun qorunması pasiyentlərin düzgün diaqnostika və müalicə alması baxımından böyük əhəmiyyət daşıyır



"Yeni Klinika"ya mətbuat katibi təyin olundu
Bu universitetlərdə təhsil alan tələbələrə ŞAD XƏBƏR
Rektor deputatın bacısı oğluna vəzifə verdi
Nuridə Allahyarovaya yeni vəzifə verildi
Bu xəstəxanaya yeni baş həkim təyin edildi
Həkimlərin aksiyası ilə bağlı rəsmi açıqlama
Gələn aydan hansı həkimlərin maaşı artırılacaq? - Siyahı
Baş Nazirdən təhsillə bağlı daha bir QƏRAR
Yeni klinika işçilərini kütləvi şəkildə işdən çıxarır?
Səhiyyə Nazirliyindən tibb təhsili alan tələbələrə - Müraciət
Tələbə çağırışçılara möhlət... - Rəsmi açıqlama
SON DƏQİQƏ: Yaqub Zurufçunun vəziyyəti ağırdır - Yeni Klinika
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır?
Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi
Sürücülük vəsiqəsi ilə bağlı YENİLİK 