“Yeni Klinikanın tibb personalında çalışan şəxslərin müqaviləsinə kütləvi şəkildə xitam verilir”.
ONN media xəbər verir ki, bu iddia ilə “Qafqazinfo”ya həmin klinikada çalışan bir neçə şəxs müraciət edib. Şikayətçilərin sözlərinə görə, əvvəlcədən onlara heç bir məlumat verilmədən və səbəb göstərilmədən müqavilələri sonlandırılıb:
“Müqavilələrin vaxtı bitmişdi və əsası olmadan vaxtının uzadılmayacağını bildirdilər. Uzun müddətdir ki, burada çalışırıq. İstər pandemiya dövründə, istərsə də müharibə müddətində aktiv şəkildə öz işimizi icra etmişik. Lakin bu gün bizim əvəzimizə tibb sektorunda heç vaxt çalışmayan, heç bir tibbi savadı olmayan, ali təhsili olmayan şəxsləri işə götürürlər.
Hətta burada çalışan həkimlər də bildiriblər ki, bu işdən uzaqlaşdırılan şəxslər onların işinə yararlı olanlardır. Bir-iki nəfər deyil, kütləvi şəkildə işdən çıxarılma var. Ümumi tibb xidmətlərinin şöbə müdiri, orada çalışan tibbi qeydiyyatçılar, sığorta işçisi və s. bunların hamısının müqaviləsinə son verilir. Halbuki, biz burada 3 il müddətində çox böyük əmək sərf etmişik. İndi bizim işimiz onlara yararsız gəlir. Həm də heç bir şikayət, töhmət olmadığı şəkildə. Əslində 21 gün öncədən bu barədə bizə məlumat verilməli idi. Lakin bunlar 1 həftə vaxt qalanda deyirlər ki, “müqavilənizin vaxtı bitib”.
Məsələ ilə bağlı “Yeni Klinika”dan bildirildi ki, tibb müəssisəsində kütləvi şəkildə işçilərin müqaviləsinə xitam verilməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir və əsassızdır: “Hazırda tibb müəssisəsində işəgötürənlə işçi arasındakı bütün münasibətlər əmək qanunvericiliyinin tələblərinə əsasən tənzimlənir”.



Azərbaycanda daha 2 həkim nöqsanlara görə işdən çıxarıldı
Səhiyyə Nazirliyində şöbə müdiri işdən çıxarılıb? - RƏSMİ
Bu hallarda sizi işdən çıxara bilməzlər - RƏSMİ AÇIQLAMA
Azərbaycanda tibb işçilərində koronavirus aşkarlandı
“Respublikanski” xəstəxanasında koronavirusa kütləvi yoluxma ilə bağlı - RƏSMİ AÇIQLAMA
Korona peyvəndinin kütləvi tətbiqi bu tarixdə olacaq
Nazir bir gündə 25 nəfəri işdən çıxardı
Azərbaycanda insanlar şəxsiyyət vəsiqələrini götürüb xəstəxanalara niyə axın etdilər?
BDU-nun qalmaqallı müəllimi işdən qovuldu
Bakıda xəstəxanada insident: xəsarət alan var
Bu şəxslərin maaşlarına əlavələr ediləcək
AB və ÜST Azərbaycana yeni avadanlıqlar verəcək
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 