Ötən gün ölkə ərazisinə aramsız yağış yağmasının fəsadları hələ də müzakirə edilir. Xüsusilə 6 ay sonra yenə Sabunçu tunelini, Bağırov körpüsünü su basması narahatlıq yaradıb. Adıçəkilən keçid və tunel niyə hər dəfə suya qərq olur? Bunun qarşısını almaq, problemi həll etmək mümkün deyilmi?
ONN media-nın məlumatına görə, Globalinfo.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı deyib ki, sözügedən yerlərdə yağış kollektorları mövcuddur, amma çəkilən su kanalizasiya borularına yönləndirilir.
“Qanunvericiliyə görə, yağış sularını kanalizasiya borularına axıtmaq olmaz. Yağıntılar düşəndə həmin xətlər o qədər dolur ki, kollektorların körpü və tunellərdən çəkib yönləndirdiyi sular çətinlik yaradır. Nasoslar işlək vəziyyətdə olsa da, axıdılan sular yenidən qayıdır. Məsələn, orada kanalizasiya xətti 500 ailənin istifadə edə biləcəyi imkan çərçivəsində çəkilib. Amma 1500 ailə var və körpünün, tunelin altında olan su da kanalizasiya xəttinə ötürüləndə fəsadlar ortaya çıxır”, - o bildirib.
Ekspertin fikrincə, bütün işlərin başında şəhərsalmaya cavabdeh olan şəxslər dayanır:
“Görünür, aidiyyəti qurumlar, su kanalizasiya sistemini quran məmurlar məsuliyyətsizlik ediblər. Çünki düşünməyə savadları yoxdur, təhsilləri o səviyyədə deyil, mühəndis qurğu sisteminə bələd deyillər. Fikirləşiblər ki, 500 nəfərlik kanalizasiya sisteminin 1500-ə də gücü çatar. Lakin dərk etmirlər ki, borunun diametri, gücü əlavə yükə tab gətirməyəcək. Bir sözlə, fövqəladə vəziyyət, sel, daşqına hazırlaşmayıblar”



Zabrat sakinlərindən ŞİKAYƏT
Yağış yağdı, apteki su basdı
Kanalizasiya quyusuna girən 5 nəfərin meyiti çıxarıldı
Bakı yollarındakı sıxlığa səbəb nədir?
Bakının kanalizasiya sistemi təkmilləşdiriləcək
Valideynlər övladlarını bu yolla məktəbə aparmaqda çətinlik çəkirlər - SƏBƏB
Yağışlı havada işıqforlar niyə işləmir? - DYP-dən AÇIQLAMA
Güclü yağış nəticəsində Bakıda bir sıra küçələr su altında qaldı - FOTOLAR
Bakıətrafı ərazilərdə yaşayanlara ŞAD XƏBƏR – YENİ LAYİHƏ
Moskva su altında qaldı - FOTOLAR
Bu ərazidə yol çökdü, yük maşını çuxura düşdü
Bakı yağış sularından belə qurtulacaq
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır?
Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi
Sürücülük vəsiqəsi ilə bağlı YENİLİK 