Paytaxtda güclü yağış nəticəsində bir sıra küçələr su altında qalıb.
ONN media xəbər verir ki, bu gün səhər saatlarında başlayan yağış Bakıda bir sıra çətinlikər yaradıb.
Şəhərin Süleyman Sani Axundov və digər küçələri su altında qaldığından keçilməz olub. Bundan başqa, Abay Kunanbayev küçəsində “Bolluq” adlanan ərazidə mağazaları su basıb, səkilər yağış sularının altında qalıb. Yollarda yaranan su gölməçələri avtomobillərin hərəkətində çətinliklər yaradıb.
Binəqədi rayonunun bəzi yaşayış məntəqələrində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyətlər yaranıb.
Yoldakı sel sularını çəkmək üçün əraziyə heç bir texnika cəlb olunmayıb. Bundan əlavə, adi günlərdə ərazidə xidmət göstərib sürücüləri haqlı-haqsız cərimələyən yol hərəkətini tənzimləyən Dövlət Yol Polisinin əməkdaşları da gözə dəymir.
FHN-nin günlər əvvəl xəbərdarlıqlarına baxmayaraq Binəqədi Rayon İcra Hakimiyyəti məsələyə hələ də laqeyd yanaşır. Yollarda yağış ötürücü kanalizasiya xətti yoxdur. (teleqraf.com)



Bu kəndlərə güclü qar yağdı: yollar bağlandı
Türkiyədə güclü leysan daşqına səbəb oldu
Türkiyə paytaxtını sel basdı
İzmirdə fırtına səbəbindən şəhər su altında qalıb
Türkiyədə güclü daşqınlar- Küçələri su basdı
Bakıda su borusu partladı: 30-a yaxın ev su altında qaldı - VİDEO
Tovuzda leysan - evlər, maşınlar su altında qaldı
Binəqədi İŞIQSIZ QALDI
Güneydə bu şəhəri su basdı
Bakıda güclü yanğın başladı
Bakıda tuneli su basdı, maşınlar altında qaldı - RƏSMİ AÇIQLAMA + VİDEO
Bakıda bu ərazidə güclü yanğın olub- YENİLƏNİB
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 