DİN-in mətbuat xidmətindən Zeyni Hüseynov ONN media-ya bildirib ki, mayın 5-də Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayında ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə alayın komandiri, polis general-mayoru Zaur Abdullayev çıxış edərək bildirib ki, bütün mənalı ömrünü Vətənin tərəqqisinə həsr edən ulu öndərimiz hələ sovet hakimiyyəti dövründən başlayaraq, böyük uzaqgörənliklə dövlət müstəqilliyimiz üçün zəmin hazırlamış, bu gün çoxlarının həsəd apardığı Azərbaycanın böyük iqtisadi, elmi və mədəni potensialını yaratmışdır. Müstəqillik yolunda ilk kövrək addımlarını atarkən xarici və daxili təzyiqlərə məruz qalan milli dövlətçiliyimiz məhz bu dahi şəxsiyyətin müdrikliyinin, fədakarlığının, qətiyyətinin və yenilməz iradəsinin sayəsində xilas olaraq yeni inkişaf dövrünə qədəm qoymuş, müstəqilliyimiz dönməz xarakter almışdır. O, bildirmişdir ki, müstəqilliyin ilk illərində parçalanmaq, məhv olmaq təhlükəsi ilə üz-üzə qalan dövlətimizin xilas edilərək gücləndirilməsi, ordu quruculuğu, ictimai-siyasi vəziyyətin sabitləşməsi, qazanılan sosial-iqtisadi nailiyyətlər hər bir vətəndaş üçün böyük örnək olan ulu öndərimizin adı ilə bağlıdır.
Sonra Bakı Dövlət Universiteti Tarix fakültəsinin professoru Nuru Məmmədov çıxış edərək ümummilli liderin Azərbaycan dövləti və xalqı qarşısındakı əvəzsiz xidmətlərindən danışaraq bildirib ki, ulu öndərin Azərbaycanın tarixində xüsusi yeri var. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı olan ulu öndər Heydər Əliyev müdrik siyasəti, sarsılmaz əqidəsi, siyasi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşməsində, müasir Azərbaycan dövlətinin qurulmasında müstəsna rol oynayıb.
Qeyd edilib ki, Heydər Əliyevin 1969-1982-ci illərdə Azərbaycanda rəhbər olduğu dövrdə yaratdığı sosial-iqtisadi, siyasi, mənəvi, psixoloji baza sonrakı dövrdə müstəqillik illərində Azərbaycan xalqı üçün çox böyük əhəmiyyət kəsb etdi. SSRİ-nin dağılması ərəfəsində 15 müttəfiq respublikadan yalnız 3-ü - Rusiya, Ukrayna və Azərbaycan öz daxili imkanları hesabına iqtisadi problemlərini həll etməyə qadir idi. Sovet İttifaqının dağılması ərəfəsində mətbuatda dərc olunan təhlillərdə “Hansı müttəfiq respublika sovetlər ittifaqından ayrılaraq iqtisadi cəhətdən yaşamağa qadirdir?” sualına cavab axtarılarkən onların sırasında Azərbaycanın adı birinci yerdə çəkilmişdi. O, 1982-ci ildə Sovet İttifaqında ali rəhbər vəzifəyə getdiyi zaman Azərbaycan inkişaf etmiş sənaye və kənd təsərrüfatı respublikası kimi tanınırdı. Həmin illərdə çoxlu sayda sənaye müəssisələri yaradılmış, Azərbaycanın ittifaq miqyasında əhəmiyyəti artmış, o cümlədən neft sənayesinin ayrı-ayrı sahələri yenidən qurulmuşdu.
25 il əvvəl - 1993-cü ilin iyununda Azərbaycan xalqı xilaskarı Heydər Əliyevi özünün rəhbəri seçdi. 1994-cü ilin oktyabr, 1995-ci ilin mart hadisələrində o, qətiyyəti, müdrikliyi və qüdrəti ilə dövlətimizi ağır faciələrdən xilas etdi.
Sonrakı mərhələdə ulu öndərin rəhbərliyi altında demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunda uğurlu addımlar atıldı, milli dövlətçilik ənənələrinə, beynəlxalq standartlara əsaslanan islahatlar həyata keçirildi, insan hüquq və azadlıqlarının təminatı sahəsində əsaslı dönüş təmin edildi. Nəticədə isə ulu öndər Heydər Əliyev bütün bəşəri dəyərlərə sahib olan, onun ən ali ənənələrini yaşadan və modern yeniliklərə qovuşduran, yeni dünya düzənində öz layiqli yerini tutan qüdrətli bir dövlət yaratdı!
[inpost_fancy thumb_width="200" thumb_height="200" post_id="34496" thumb_margin_left="0" thumb_margin_bottom="0" thumb_border_radius="2" thumb_shadow="0 1px 4px rgba(0, 0, 0, 0.2)" id="" random="0" group="0" border="" show_in_popup="0" album_cover="" album_cover_width="200" album_cover_height="200" popup_width="800" popup_max_height="600" popup_title="Gallery" type="fancy"][/inpost_fancy]



100 illik yubileyə həsr olunmuş cüdo üzrə DİN çempionatı keçirilib
Ulu öndərin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş sərgi açılacaq
"Heydər Əliyev həmişə Azərbaycan xalqının maraqlarını qoruyan bir şəxs olub"
MEK-də ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş sərgi açılıb
Prezident Şuşada keçirilən konfransda çıxış edir - CANLI
Hüseyn Cavid 135
Sumqayıtda gənc tədqiqatçıların elmi-praktik konfransı keçirilib
Çevik polis alayının forması dəyişdi
Naxçıvan MR-nın 100 illiyi ilə bağlı tədbir keçirildi
DİN-in Əlahiddə Çevik Polis Alayında növbəti tədbir keçirilib
Azərbaycanın qurtuluş yolu
Qələbə qazanmışıq, Qələbə qazanacağıq...
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 